Icma.az
close
up
RU
“Çiyələk Ay” inancları doğrudurmu? ARAŞDIRMA

“Çiyələk Ay” inancları doğrudurmu? ARAŞDIRMA

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Son vaxtlar sosial şəbəkələrdə “Çiyələk Ay”, “Super Ay”, “Tam Ay”, “Mavi Ay” kimi terminlər tez-tez gündəmə gəlir. Bu ay fenomenlərinə bəzən mistik mənalar yüklənir, hətta rituallarla müşayiət olunur. 

Bəs bu anlayışların arxasında gerçəkdə nə dayanır? Elm bu haqda nə deyir, astrologiyada bu hadisələr necə yozulur?

Sfera.az bu barədə araşdırmanı təqdim edir.

İyunun 11-dən 12-nə keçən gecə səmada tam dolunay müşahidə edildi və bu hadisə “Çiyələk Ay” kimi təqdim olundu. Sosial şəbəkələrdə və bəzi media qurumlarında bu ayın xüsusi enerjiyə malik olduğu, sevgi və harmoniya gətirdiyi barədə iddialar yayıldı. Ancaq əslində “Çiyələk Ay” elmi və fiziki mənada adi dolunaydan fərqlənmir.

Bu termin ilk dəfə Şimali Amerikanın yerli tayfaları tərəfindən istifadə olunub. Onların təbiətə əsaslanan ay təqviminə görə, iyun ayında çiyələk yığım mövsümünə start verildiyi üçün həmin dövrün dolunayı belə adlandırılıb. NASA-nın izahına görə, bu cür adlar – “Qurd Ayı”, “Qarğıdalı Ayı”, “Ov Ayı” və s. – əsasən tarixi və mədəni kontekstdə formalaşıb, lakin elmi mənada Ayın fiziki quruluşunda və ya təsir gücündə heç bir dəyişiklik olmur.

Son illər mediada tez-tez rast gəlinən anlayışlardan biri də “Super Ay”dır. Bu hadisə Ayın Yerə ən yaxın məsafədə (təqribən 357.000 km) olduğu zaman dolunayla (Ayın bədirləşməsi) üst-üstə düşməsi nəticəsində baş verir. Nəticədə Ay göydə adi dolunaydan daha böyük və parlaq görünür. Bu hadisə ildə təxminən 3-4 dəfə müşahidə olunur. Eynilə, əgər dolunay Ayın Yerə ən uzaq məsafəsində (təxminən 406.000 km) baş verirsə, buna “Mikro Ay” deyilir və Ay göydə daha kiçik görünür.

Bu optik fərq yalnız vizual müşahidə ilə məhdudlaşır. Elmi tədqiqatlara görə, bu cür hadisələrin insanların davranışına, sağlamlığına və ya emosional vəziyyətinə təsir etdiyinə dair heç bir sübut yoxdur.

“Tam Ay” və “Dolunay” eyni astronomik hadisəni – Ayın Yerə tam görünən fazasını ifadə edir. Bu hadisə orta hesabla hər 29.5 gündən bir baş verir və Ay təqviminin əsas mərhələsidir. Ayın bu mərhələdə Yerə 180° bucaq altında olması nəticəsində onun tam dairəvi diski görünür.

Bəzən isə bir təqvim ayında iki dolunay müşahidə olunur. Belə olduqda ikinci dolunay “Mavi Ay” adlandırılır. Bu nadir hadisə hər 2.5-3 ildən bir baş verir və adına baxmayaraq, Ay göydə mavi görünmür. Sadəcə olaraq, “mavi” burada “nadir” mənasını daşıyır – ingilis dilindəki “once in a blue moon” ifadəsində olduğu kimi.

Elm bu hadisələri təbiətin nizamlı dövrləri kimi izah etsə də, astrologiyada bu anlayışlara fərqli mənalar yüklənir. Astroloqlar hesab edir ki, hər dolunay müəyyən bir bürcdə baş verdiyinə görə, həmin bürclə əlaqəli mövzular aktuallaşır. Məsələn, əgər dolunay Əkizlər bürcündə baş verirsə, astroloqlar bunun ünsiyyət, təhsil və əlaqələr sahəsində dəyişikliklər gətirəcəyini iddia edir.

Astroloji təqvimlərə görə, “Çiyələk Ay” romantik münasibətlər, daxili harmoniyanın bərpası və emosional tarazlıqla əlaqələndirilir. Bu səbəbdən bir çox insan həmin günlərdə niyyət etmə, meditasiyalar, arzuların yazılması kimi rituallara meyil göstərir.

Psixoloji baxımdan bu cür hadisələrin insanlar üzərində təsiri əsasən özünü yerinə qoyma effekti (plasebo effekti) ilə izah olunur. Yəni insan əgər bir hadisənin həyatına təsir edəcəyinə inanırsa, həmin inanc onun davranışlarını və emosiyalarını da dəyişir. Beləliklə, məsələn, “Çiyələk Ay”ın sevgidə yenilik gətirdiyini düşünən birisi daha açıq, diqqətli və sevgi dolu davrana bilər. Amma bu dəyişiklik Ayın özü ilə yox, insanın daxili motivasiyası ilə bağlıdır.


Bir sözlə, Ay səmada olduğu kimi qalır - sabit, nizamlı və təbiətin ritminə sadiq. Onun ətrafında formalaşan mənalar isə bizim onu necə görmək istədiyimizlə bağlıdır.

Firuzə Əliyeva
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:380
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 İyun 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri