ÇL: Qarabağ ın rəqibləri müəyyənləşir PÜŞKATMA
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən gecə UEFA Çempionlar Liqasında baş tutan görüşlərdən sonra Liqa mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 36 komanda arasında Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb.
Azərbaycan çempionunun Liqa mərhələsindəki rəqibləri bu gün bəlli olacaq. ÇL-in Liqa mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 20:00-da Monakoda baş tutacaq.
"Köhlən atlar" ən güclülərin yer aldığı nüfuzlu klub turnirində 4-cü səbətdə yer alıb. Reqlamentə əsasən, "Qarabağ" 4-ü evdə, 4-ü səfərdə olmaqla 8 rəqiblə qarşılaşacaq. Liqa mərhələsinin ilk turunun oyunları 16-18 sentyabrda baş tutacaq.
I səbət
PSJ (Fransa), “Real Madrid” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “İnter” (İtaliya), “Çelsi” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya)
II səbət
“Arsenal” (İngiltərə), “Bayer” (Almaniya), “Atletiko” (İspaniya), “Benfika” (Portuqaliya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Yuventus” (İtaliya), “Ayntraxt” (Almaniya), “Brügge” (Belçika)
III səbət
“Tottenhem” (İngiltərə), “PSV Eyndhoven” (Niderland), “Ayaks” (Niderland), “Napoli” (İtaliya), “Sportinq” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan), “Bodo-Qlimt” (Norveç), “Slaviya” (Çexiya), “Marsel” (Fransa)
IV səbət
“Kopenhagen” (Danimarka), “Monako” (Fransa), “Qalatasaray” (Türkiyə), “Yunion” (Belçika), “Atletik” (İspaniya), “Nyukasl” (İngiltərə), “QARABAĞ” (AZƏRBAYCAN), “Pafos” (Kipr), “Kayrat” (Qazaxıstan).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 28 Avqust 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















