Icma.az
close
up
RU
CNN: “Con Bolton ittiham ərəfəsindədir”

CNN: “Con Bolton ittiham ərəfəsindədir”

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, iki mənbədən aldığı məlumata istinad edən “CNN” telekanalı Boltonun işi ilə məşğul olan prokurorların ittiham irəli sürməkdə tələsməməyi üstün tutduqlarını bildirib.
“İşlə məşğul olan Merilend ştatının prokurorluğunun fikrincə, onlar ilin sonuna qədər Boltonun qanun pozuntularına dair daha inandırıcı sübutlar toplaya bilərdilər. Bununla belə, Baş prokuror Pem Bondinin ofisi Boltona qarşı ittihamların sentyabrın 26-dan gec olmayaraq irəli sürülməsində israrlıdır”, - telekanalın yaydığı materialda vurğulanır.
Con Bolton 10 il həbs cəzası ala bilər Sentyabrın 24-də məhkəmə sənədlərinə istinad edən “Politico” nəşri Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşlarının avqustun 22-də Con Boltonun evində axtarış apararkən məxfi sənədlər aşkar etdiklərini yazıb. Bu sənədlər kütləvi qırğın silahlarına, ABŞ-nin BMT-dəki missiyasına və “ABŞ hökumətinin strateji kommunikasiyalarına” aiddir.
Bəzi sənədlərin üzərində “gizli” və ya “məxfi” qrifləri qeyd olunub. Boltonun evində və ofisində aparılan axtarışlar zamanı kompüterlər və digər elektron cihazlar götürülüb.
Vaşinqtonun ən radikal “qırğı”larından biri kimi tanınan Con Bolton Donald Trampın ilk prezidentliyi dövründə 2018-2019-cu illərdə Amerika liderinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. Aralarında kəskin fikir ayrılığı yarandıqdan sonra Tramp onu işdən çıxarıb.
Sabiq müşavir Donald Trampla keçirdiyi dövrlə bağlı xatirələrində bir il yarım ərzində Ağ Evdə siyasətin qurulması prosesini tənqidi şəkildə təfərrüatlandırıb. Bundan sonra ABŞ hökuməti Boltonun məxfi məlumatlarla bağlı məxfilik öhdəliyini iddia edib.
Xatırladaq ki, Donald Tramp Ağ Evə qayıdan kimi imzaladığı sərəncamla ABŞ-nin Məxfi Xidmətinin əməkdaşları tərəfindən Con Boltona göstərilən dövlət keşiyini dayandırıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azvision.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri