Icma.az
close
up
RU
Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Azərbaycan dünyada dini və milli tolerantlığın ən uğurlu nümunələrindən biri hesab olunur. 

Bakıvaxtı.az bildirir ki, tarixən bu torpaqlarda azərbaycanlılar, ruslar, yəhudilər, talışlar, ləzgilər, avarlar, tatarlar, ukraynalılar, gürcülər və onlarla digər xalq birgə yaşayıb. Heç vaxt dinə və millətə görə ayrı-seçkilik bu cəmiyyətin əsas prinsipi olmayıb. Azərbaycan Konstitusiyasında hər kəsin din və vicdan azadlığı təsbit olunub. Dövlət bütün dini icmalara eyni münasibət göstərir, məscid, kilsə və sinaqoqların tikintisinə və bərpasına dəstək verir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu bu istiqamətdə çoxsaylı layihələr həyata keçirir. Azərbaycanda hər il keçirilən Beynəlxalq Humanitar Forumlar, Multikulturalizm forumları, Dünya Dinlərarası Dialoq konfransları ölkənin bu sahədəki təcrübəsinin bariz nümunəsidir.

Unutmaq olmaz ki, müasir qloballaşan dünyada cəmiyyətlərin davamlı inkişafını, sabitliyini və rifahını təmin edən ən mühüm amillərdən biri dini və milli tolerantlıq, eləcə də millətlərarası münasibətlərin sağlam əsaslar üzərində qurulmasıdır. Tolerantlıq sadəcə fərqli düşüncəyə, dinə və ya milli mənsubiyyətə dözümlülük göstərmək deyil. Bu, həm də müxtəlifliyi cəmiyyətin zənginliyi kimi qəbul etmək, qarşılıqlı hörmət və dialoq mühiti formalaşdırmaq deməkdir.

Azərbaycanda yaşayan bütün azsaylı xalqların dillərinin, mədəniyyətlərinin və adət-ənənələrinin qorunub saxlanılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Multikulturalizmin dövlət siyasəti səviyyəsinə qaldırılması ölkəmizi beynəlxalq miqyasda mədəniyyətlərarası dialoq mərkəzinə çevirib. Millətlərarası münasibətlərin qarşılıqlı etimad və hörmət əsasında inkişaf etdirilməsi isə həm lokal, həm də qlobal miqyasda davamlı sülhün əsas qarantıdır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Çingiz Şahbazi bildirib ki, müasir dünyada tolerantlıq təkcə müxtəlif dinlərə,millətlərə və mədəniyyətlərə hörmət məsələsi deyil.

O, həm də cəmiyyətin daxili sabitliyini, dövlətin demokratik dayanıqlığını və xalqlar arasında etimadın formalaşmasını müəyyən edən mühüm amillərdən biridir:

"Müharibələrin, geosiyasi qarşıdurmaların və dini-etnik ziddiyyətlərin dərinləşdiyi bir dövrdə fərqlilikləri qarşıdurma səbəbinə deyil, qarşılıqlı anlaşma imkanına çevirmək hər bir dövlət üçün ciddi sınaqdır. Azərbaycanın tolerantlıq təcrübəsi bu baxımdan xüsusi maraq doğurur".

Onun sözlərinə görə, Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşduğu coğrafiyada yerləşən ölkəmiz tarixən müxtəlif mədəniyyətlərin, dini ənənələrin və etnik qrupların qarşılıqlı təmas məkanı olub. Müsahibimiz qeyd edib ki, bu tarixi təcrübə Azərbaycanın beynəlxalq aləmdə multikulturalizm və dinlərarası dialoq mövzusunda fəal iştirakına zəmin yaradıb. 

Politoloq bildirib ki, Azərbaycanın fərqləndirici xüsusiyyətlərindən biri də müxtəlif dini icmaların uzun müddət eyni ictimai məkan daxilində yaşaması və ölkənin dünyəvi dövlət quruluşudur. Konstitusiyada dinin dövlətdən ayrı olması, dinlərin qanun qarşısında bərabərliyi və vicdan azadlığının tanınması tolerantlıq üçün hüquqi əsas yaradır. 

"Ölkədə müsəlmanlarla yanaşı pravoslav və katolik xristianlar, yəhudilər,digər dini icmalar və heç bir dinə mənsub olmayan insanlar yaşayırlar. Bu müxtəliflik Azərbaycanın yalnız etnik və dini tərkibinin göstəricisi deyil, həm də cəmiyyətin qarşısında duran mühüm məsuliyyətdir. Fərqli inanclı insanlar ölkədə özlərini güvəndə bərabərhüquqlu və təhlükəsiz hiss etməlidirlər. Avropa Şurası Parlament Assambleyasının 2023-cü il hesabatında Azərbaycanda şiə çoxluğu ilə sünni azlığın, eləcə də digər dini icmaların birgə yaşaması qeyd olunur. Eyni hesabat dini azadlıqlar, dini birliklərin qeydiyyatı və vicdan məhbusları ilə bağlı narahatlıqları da əks etdirir. Azərbaycanın mühüm üstünlüyü ondan ibarətdir ki, dini və mədəni müxtəliflik dövlətin milli kimliyinə zidd hadisə kimi deyil, tarixi və cəmiyyətin reallığı kimi qəbul edilir", - deyə müsahibimiz əlavə edib. 

Çingiz Şahbazi: Azərbaycanın fərqləndirici xüsusiyyətlərindən biri də ölkənin dünyəvi dövlət quruluşudur

Çingiz Şahbazi hesab edir ki, bu yanaşma düzgün, hüquqi və ictimai mexanizmlərlə dəstəkləndikdə fərqli icmalar arasında qarşılıqlı etimadı gücləndirə bilir. Ancaq tolerantlığın davamlı olması üçün onun yalnız ənənəvi və çoxluq təşkil edən dini icmalara deyil, bütün inanclara və fərqli düşüncələrə şamil edilməsi vacibdir:

Dünya təcrübəsi göstərir ki, tolerantlığın qorunması üçün tarixi ənənə mühüm olsa da, təkbaşına kifayət etmir. Burada hüquqi təminatlar, müstəqil institutlar, ayrı-seçkiliyə qarşı mübarizə və ictimai dialoq əsas rol oynayır. Həmsöhbətimizə görə, heç şübhəsiz ki,  tolerantlıq sahəsində dünyada hər bir ölkənin öz modeli formalaşıb.

"Avropa modelinin də bu istiqamətdə öz üstünlükləri var. Avropa modelindən Azərbaycanın götürə biləcəyi əlbəttə ki, nəticələr var", - Çingiz Şahbazi deyib.

Politoloq bildirib ki, bu icmaların sakit yaşaması ilə kifayətlənmək yox, onların hüquqlarının bərabər qorunması və ictimai həyatında fəal iştirakını da təmin etməklə bağlı məsələlərdir. Onun sözlərinə görə, bu multikulturalizm və tolerantlıq sahəsində Azərbaycanın mövqeyini daha da gücləndirə bilər. 

Azərbaycanın qarşısına qoyduğun əsas vəzifəyə də toxunan politoloqa görə, ölkənin əsas vəzifəsi tarixi tolerantlıq ənənələrini müasir hüquqi dövlət prinsipləri ilə daha möhkəmləndirilməsini təmin etməkdir. 

"Cənubi Qafqaz üçün isə tolerantlıq daha geniş məna daşıyır. O yalnız ölkədaxili birgə yaşayış deyil, həm də münaqişədən sonra sülhün möhkəmləndirilməsi, qarşılıqlı etimadın bərpası və gələcək nəsillərin təhlükəsizliyinin təmin olunması deməkdir", - deyə Çingiz Şahbazi fikrini yekunlaşdırıb.

Gülşən Şərif

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Noyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri