İranlı hərbçidən hökumətə etiraz: Necə dolanaq?
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
İran Ordusunun Hərbi Hava Qüvvələrində 25 illik xidmət etmiş İsmayıl Milan adlı hərbçi sosial şəbəkələrdə yaydığı videoda ölkədəki inflyasiyaya və Silahlı Qüvvələrin şəxsi heyətinin ağır sosial vəziyyətinə etiraz edib.
Axar.az xəbər verir ki, bu barədə “Azad İran” kanalı məlumat yayıb.
Məlumata görə, hərbi formada çıxış edən Milan İran Prezidenti Məsud Pezeşkiana və hökumət rəsmilərinə müraciət edib.
O qeyd edib ki, 30-35 milyon tümən məvaciblə dörd nəfərlik ailəsini dolandırmaqda çətinlik çəkir.
Özünü “əks-inqilabçı” hesab etmədiyini vurğulayan hərbçi Silahlı Qüvvələrin şəxsi heyətinin aşağı maaş alması barədə danışılmasına baxmayaraq, problemin həlli üçün heç bir tədbir görülmədiyini vurğulayıb. O, hökumət rəsmilərinə müraciətlə bu vəziyyətə nə qədər dözməli olduqlarını soruşub.
Hərbçi gündəlik ərzaq xərclərindən nümunələr gətirərək bildirib ki, səkkiz yumurta, üç paket kərə yağı və bir çörək almaq təxminən 450-500 min tümənə başa gəlir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 27 Noyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















