Icma.az
close
up
RU
CNN dən İTTİHAM! Epstein işi üzrə bəzi sənədlər arxivdə yoxdur

CNN dən İTTİHAM! Epstein işi üzrə bəzi sənədlər arxivdə yoxdur

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

ABŞ Ədliyyə Nazirliyinin məlumatları və məhkəmə sənədləri əsasında CNN-in apardığı araşdırmaya görə, maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı bəzi sənədlər nazirliyin rəsmi arxivində yer almır.

Məlumata əsasən, Epşteynin keçmiş sevgilisi və cinayət ortağı Ghislaine Maxwellin vəkillərinə təqdim olunan sübut siyahısında təxminən 325 şahid müsahibəsi göstərilsə də, onların 90-dan çoxu Ədliyyə Nazirliyinin saytında yayımlanan arxivdə tapılmayıb. Bildirilir ki, bəzi sənədlər ilk yayımlandıqdan sonra saytdan silinib, daha sonra yenidən əlavə olunub.

Xəbərdə qeyd olunur ki, Epşteynin  bəzi qurbanları FBI-ya verdikləri ifadələrin nazirliyin saytında olmadığını bildiriblər. Eyni zamanda, bəzi sənədlərin seriya nömrəsiz və ya qaraldılmış formada başqa bölmələrdə yerləşdirilmiş ola biləcəyi ehtimal edilir.

İddialara görə, arxivdə çatışmayan sənədlər arasında Epşteynin  azyaşlı vaxtında istismarda ittiham edən və ABŞ Prezidenti Donald Trampa qarşı da oxşar iddia səsləndirən qadının FBI ifadələri də var. Maxwellə aid materiallarda həmin qadının 2019-cu ildə FBI-ya müraciət etdiyi və daha sonra vəkilinin ofisində ifadə verdiyi bildirilsə də, bu sənədlər rəsmi arxivdə görünmür.

ABŞ Konqresinin üzvü Robert Qarsia CNN-ə açıqlamasında Tramp administrasiyasının Epşteyn sənədlərinin tam açıqlanmasını tələb edən qanuna əməl edib-etmədiyinin araşdırılmalı olduğunu deyib.

Ədliyyə Nazirliyi isə sənədlərin silinməsi iddialarını rədd edib. Qurumun sözçüsü bildirib ki, heç bir sənəd silinməyib, yayımlanmayan materiallar isə ya təkrar nüsxə, ya məxfi xarakterli, ya da davam edən federal istintaqın tərkib hissəsidir.

Xatırladaq ki, azyaşlılara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı həbsxanada ölü tapılmışdı. ABŞ Federal Təhqiqat Bürosu onun kamerada intihar etdiyi qənaətinə gəldiyini açıqlamışdı.

Aytac,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sitat.info
archiveBu xəbər 25 Fevral 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri