Icma.az
close
up
RU
CNN: Trampın aqressiv siyasəti daha neçə ölkəni hədələyəcək?

CNN: Trampın aqressiv siyasəti daha neçə ölkəni hədələyəcək?

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp yenə sərt xarici siyasət ritorikası ilə gündəmə gəlib.

"Ölkə.az" xəbər verir ki, bununla bağlı CNN-nin siyasi təhlilçisi Aaron Bleyk maralqı yaz qələmə alıb.

Müəllifin yazdığına görə, Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclası zamanı Oman barədə səsləndirdiyi sözlərlə diqqət çəkib və ölkə rəhbərliyi Hörmüz boğazına İranla birlikdə nəzarət etməyə çalışacağı təqdirdə hərbi güc tətbiqini istisna etməyib.

“Oman hamı kimi davranacaq, əks halda onları partlatmalı olacağıq”, – deyə yazıda Trampdan belə ibr sitat gətirilib.

Bu barədə ABŞ mediasında geniş müzakirələr başlayıb. Məqalədə qeyd olunur ki, Tramp prezident seçkiləri kampaniyası zamanı rəqiblərini ABŞ-ı yeni müharibələrə sürükləmək istəyən “müdaxiləçi siyasətçilər” kimi təqdim etsə də, prezidentliyi dövründə həm hərbi əməliyyatlar, həm də sərt təhdidlərlə yadda qalıb.

Məqalə müəllifinin hesablamasına görə, Tramp iki prezidentlik dövrü ərzində ən azı 15 ölkəyə qarşı ya hərbi əməliyyat həyata keçirib, ya açıq təhdid səsləndirib, ya da hücum ehtimalını gündəmdə saxlayıb. Buraya Yaxın Şərq, Afrika, Şimali və Cənubi Amerikada yerləşən ölkələr daxildir.

Tramp bu müddətdə İran, İraq, Somali, Suriya, Yəmən, Nigeriya və Venesuelada hərbi əməliyyatlara göstəriş verib və ya zərbələr endirib. Bundan başqa Kanada, Kolumbiya, Kuba, Qrenlandiya (Danimarkanın tərkib hissəsi), Meksika, Panama və indi də Oman barədə sərt hərbi ritorika səsləndirib.
ABŞ siyasi dairələrində Trampın xarici siyasət yanaşması bəzən “dəli adam nəzəriyyəsi” ilə izah olunur.

Bu yanaşmaya görə, lider özünü qeyri-proqnozlaşdırılan göstərərək rəqibləri qorxutmağa və güzəştlərə məcbur etməyə çalışır.

Məqalədə diqqət çəkən statistika da yer alır: müəllifin hesablamasına görə, Trampın təhdid etdiyi və ya hədəfə aldığı ölkələrdə dünya əhalisinin təxminən hər 11 nəfərindən biri yaşayır. Bundan başqa, həmin ölkələrin beşi Yaxın Şərqdə yerləşir və Tramp bir neçə halda bu ölkələrin ABŞ təsir dairəsinə daxil edilə biləcəyinə eyham vurub.(Musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 May 2026 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri