Icma.az
close
up
RU
“Coca Cola”nın sirr saxlanan resepti DƏYİŞİR

“Coca Cola”nın sirr saxlanan resepti DƏYİŞİR

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Coca-Cola” şirkəti məşhur içkinin reseptini dəyişəcək.  

ABŞ Prezidenti Donald Tramp şirkəti içkinin reseptini dəyişməyə və qarğıdalı siropu əvəzinə təbii qamış şəkərindən istifadə etməyə inandırıb.

“Cebheinfo.az” xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsində bildirib. "Mən “Coca-Cola” ilə şəkər qamışından istifadə ilə bağlı danışıqlar apardım və onlar razılaşdılar. “Coca-Cola”-nı idarə edən hər kəsə təşəkkür etmək istəyirəm, bu, çox yaxşı qərardır, bu şəkildə daha yaxşı olacaq", - Ağ Evin rəhbəri yazıb.
Qamış şəkəri 1980-ci illərə qədər ABŞ-də “Coca-Cola” istehsalında əsas dadlandırıcı kimi istifadə edilib. Sonra pula qənaət etmək üçün onu daha ucuz yüksək fruktoza qarğıdalı siropu ilə əvəz ediblər.

2025-ci ilin yanvarında “The Wall Street Journal” yazıb ki, Tramp qayıtdıqdan sonra “Diet Coke” sifariş etmək düyməsi ABŞ Prezidentinin Ağ Evdəki ofisinə (Oval Ofis) qaytarılıb. Düymə Tramp tərəfindən əvvəlki səlahiyyət müddətində quraşdırılıb, lakin Co Baydenin prezidentliyi dövründə bu düymə çıxarılıb.

“Coca-Cola” 1800-cü illərin sonlarında Corciya ştatının Atlanta şəhərində Con Stit Pemberton adlı əczaçı tərəfindən dərman vasitəsi olaraq yaradılıb. Əvvəlcə bu içki morfin asılılığı, həzmsizlik və baş ağrıları kimi problemlərin müalicəsi üçün nəzərdə tutulmuşdu. 

1888-ci ildə Pemberton “Coca-Cola” içkisinin reseptini iş adamı Eyza Qriqqs Kendlerə satır. Kendler "The Coca-Cola Company" şirkətini təsis etmiş və omun marketinq strategiyaları sayəsində “Coca-Cola” XX və XXI əsrlərdə dünyada ən çox satılan sərinləşdirici içki  olub. “Coca-Cola” adı içkinin orijinal reseptində istifadə olunan iki əsas inqrediyentdən gəlir: "Koka" yarpaqları və "kola" qozlarından kofein əldə olunur. 

Hazırda “CocaCola”nın dəqiq resepti yalnız seçilmiş bir neçə adama məlumdur və bu kommersiya sirri kimi məxfi saxlanılır. Digər şirkətlər “Coca-Cola” reseptini yenidən yaratmağa cəhd edib və bəziləri içkinin oxşar variantlarını bazara çıxarıblar.

Xəzər
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyul 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri