Bolt dan çağırdığı sürücü başına iş açdı (Foto)
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
"Bolt" taksi şirkətinin sürücüsü müştərinin avtomobilinə zərər vurub.
Milli.Az-a daxil olan şikayətə görə, hadisə oktyabrın 23-də gecə saat 00:30 radələrində Masazırda baş verib.
Şikayətçi bildirib ki, "Bolt" tətbiqi vasitəsilə ayıq sürücü çağırıb. Sürücü avtomobili hərəkətə gətirən zaman maşının ön sağ buferini əzib.
Şikayətçi sürücüdən dəymiş zərəri kimin ödəyəcəyini soruşduqda, sürücü şirkətlə əlaqə saxlamağı söyləyib və sığortalarının olduğunu bildirib.
Zərərçəkən növbəti gün məsələnin həlli üçün "Bolt" şirkəti ilə əlaqə saxlayıb. Şikayətçi iddia edir ki, şirkətlə yazışmaları zamanı ona müxtəlif səbəblər göstərilib. Şirkət şikayətçiyə bildirilib ki, sürücü işə qəbul edilərkən məsuliyyəti barədə məlumatlandırılıb.
Vətəndaş isə hesab edir ki, "Bolt" vasitəsilə çağırdığı sürücünün avtomobilinə vurduğu zərərin həlli üçün şirkət kömək etməli və məsələni sürücü ilə sonra özləri aydınlaşdırmalıdırlar. Onun sözlərinə görə, şirkət məsuliyyəti sürücünün üzərinə qoyaraq, məsələni özü ilə həll etməli olduğunu bildirir.
Şikayətçi baş ofisə də müraciət etdiyini, lakin problemin həll olunmadığını deyir. Onun sözlərinə görə, hadisədən sonra vaxt itirməsinə baxmayaraq, dəymiş zərərin ödənilməsi ilə bağlı konkret nəticə əldə edə bilməyib.
Məsələ ilə bağlı "Bolt" şirkətinə sorğu ünvanlanıb.
Müəllif: Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 28 Oktyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















