Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası

Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və Coğrafiya İnstitutunun yaradılmasının 80 illik yubileyi münasibətilə “Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası” mövzusunda IV beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycanın Coğrafiya İnstitutu, Coğrafiya Cəmiyyəti, Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti, Dövlət Pedaqoji Universitetinin Quba filialı, eləcə də Almaniyanın Yustus Libix Universiteti, Türkiyənin Bursa Uludağ Universiteti, Qazaxıstanın Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu və Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti, Mirzo Uluqbek adına Özbəkistan Milli Universiteti, Gürcüstanın Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutu, Rusiya Sosial Coğrafiyaçılar Assosiasiyası, Dağıstan Dövlət Texniki Universiteti və R.Qəmzətov adına Dağıstan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirin keçirilməsində əsas məqsəd müasir coğrafi tədqiqatların prioritet istiqamətlərini müəyyənləşdirmək, elmi biliklərin təhsil və istehsalat sahələrinə transferini sürətləndirmək, beynəlxalq elmi əməkdaşlığı və təcrübə mübadiləsini daha da genişləndirmək olub.

Konfransın açılışında AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov müzakirə olunacaq məsələlərdən, tədbirin əhəmiyyətindən danışıb.

Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani “Coğrafiya İnstitutu – 80 illik zaman kəsiyində” mövzusunda çıxış edib. O, Coğrafiya İnstitutunun qazandığı nailiyyətlər, nəşr fəaliyyəti, əsas elmi nəticələr, institutun inkişaf perspektivləri, coğrafiya elmi qarşısında duran problemlər, son vaxtlar beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində atılmış mühüm addımlar, layihələr və s. haqqında söhbət açıb.

Açılış mərasimində, həmçinin akademik Akif Əlizadə, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev, Gürcüstan Coğrafiya İnstitutunun direktoru Nana Bolaşvili, BDU-nun coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov, Qazaxıstanın Su problemləri və Coğrafiya İnstitutunun nümayəndəsi Əlixan Medeu, professorlar Rza Mahmudov, Şövqisəfa Göyçayski, Çingiz İsmayılov, Təbriz Universitetinin professoru Xəlil Vəlizadeh və başqaları çıxış edərək Coğrafiya İnstitutunun kollektivini 80 illik yubiley münasibətilə təbrik ediblər.

Plenar iclasda “Sel Assosiasiyası”nın prezidenti Sergey Çernomorets “Sellərin və buzlaq fəlakətlərinin tədqiqi”, George Lominadze “Gürcüstanda həssas sahil seqmentinin morfodinamik prosesləri və adaptiv bərpası”, Arifə Karadağ “Kiçik məkanlar, böyük təsirlər: Türkiyədə Hobbi bağçılığının və kiçik ev hərəkatının davamlılıq perspektivi” mövzularında məruzə ediblər.

Tədbirdə Azərbaycan və Gürcüstanın Coğrafiya institutları və Coğrafiya Cəmiyyəti, eləcə də Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin Coğrafiya İnstitutu arasında qarşılıqlı elmi əməkdaşlıq haqqında memorandum imzalanıb.

Konfrans çərçivəsində bölmə iclaslarında landşaftlardan istifadənin müasir vəziyyəti, iqlim və su ehtiyatlarının idarə olunması, torpaq və bitki örtüyünün mühafizəsi, regionların sosial-iqtisadi inkişafı, turizm və rekreasiya potensialı, gənc tədqiqatçıların işğaldan azad olunmuş ərazilərin inkişafına baxışı kimi aktual mövzular müzakirə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see516

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see385

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see379

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see370

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see348

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see347

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see301

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see283

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see256

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see247

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see245

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see237

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see233

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see229

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see222

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see215

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see197

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see194

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see180

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri