Icma.az
close
up
RU
Coğrafiyanın taleyi burada dəyişir

Coğrafiyanın taleyi burada dəyişir

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bir səfər düşünün – elə ilk anlardan adi səfər olmaqdan çıxmış olsun. Elə səfər ki yalnız həmin bölgənin gündəliyi ilə məhdudlaşmasın. Budur, Qalib Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhtəşəm Naxçıvan səfəri misalında coğrafiyanın siyasətə, tarixin gələcəyə, yolun geopolitikaya çevrildiyini görürük.

Prezident kimi Naxçıvana 17-ci dəfə səfər edən İlham Əliyevin bu dəfə verdiyi ismarıcların miqyası nəyi göstərir? – Söhbət yalnız Muxtar Respublikanın sosial-iqtisadi inkişafından getmir, əlbəttə. Əlbəttə, Naxçıvanımız bu gün Azərbaycanın regional siyasətinin, yükdaşımalar strategiyasının, enerji təhlükəsizliyinin, hərbi qüdrətinin və gələcək Avrasiya bağlantılarının kəsişdiyi (qovuşduğu!) nadir coğrafiyalardan birinə çevrilir.

Necə deyərlər, coğrafiyanın taleyi burada dəyişir; söhbət başqa kateqoriyaya keçir və coğrafiyanın yaratdığı məsuliyyətdən danışmış oluruq…

Bəli, Naxçıvan Azərbaycanın ayrılmaz parçasıdır. Bununla belə, tarixin ədalətsiz siyasi qərarları nəticəsində Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa quru bağlantısı kəsilib. Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana verilməsi sadəcə xəritədə sərhəd dəyişikliyi yaratmadı; Azərbaycanın öz bölgəsiy tarixi-coğrafi bağlılığının arasına “yad ərazi” saldı...

Beləliklə, Naxçıvan muxtariyyəti qəliz tarixi-coğrafi proseslərin nəticəsidir.

Bu gün də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan üzərindən sərbəst quru bağlantısının olmaması həmin tarixi problemin praktik nəticəsini yaşadır.

Prezidentin Naxçıvanın təhlükəsizliyinə xüsusi diqqət göstərilməsini onun spesifik coğrafiyası və Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması ilə əlaqələndirməsi də məsələnin mahiyyətini çox dəqiq ifadə edir.

Lakin burada çox önəmli bir dəyişiklik baş verir. - Belə deyək, bugünün coğrafi çətinliyi sabahın geosiyasi üstünlüyünə çevrilir.

Naxçıvan artıq Azərbaycanın əsas ərazisindən ayrı düşmüş, blokada ortamındakı bölgə olmaqdan çıxaraq, Azərbaycanın əsas ərazisini qardaş Türkiyə və daha geniş coğrafiya ilə birləşdirəcək strateji qovşaq kimi yenidən mənalandırılır.

Bax, bu, Naxçıvan haqqında təsəvvürün dəyişməsidir.

Özü dalan olan, bizim bölgəmizi dalanda qalmış kimi saxlaya bilməyəcək.

Prezidentin müsahibəsində ən diqqətçəkən fikirlərdən biri də budur: gələcək böyük yükdaşıma sisteminin mərkəzində Naxçıvan dayanır.

Bu fikir təsadüfi olmadığını bilirik.

Horadiz–Ağbənd xətti, Ermənistan ərazisindən keçəcək 42 kilometrlik bağlantı, Naxçıvanın 194 kilometrlik dəmir yolu infrastrukturu, Culfa üzərindən İran istiqaməti, Sədərəkdən Türkiyəyə çıxış – bunların hamısını bir xəritədə birləşdirdikdə tamam başqa Naxçıvan görünür.

Prezidentin açıqladığı gələcəyə görə, Naxçıvan dəmir yolunun mövcud ~1,5 milyon tonluq yükaşırma imkanının gələcəkdə ən azı 15 milyon tona çatdırılması nəzərdə tutulur.

On dəfə artan yükdaşıma qabiliyyəti iqtisadi coğrafiyanın dəyişməsi deməkdir: logistik mərkəzlər, anbar kompleksləri, istehsal müəssisələri, xidmət sektoru, yeni iş yerləri, yatırımlar, tranzit gəlirləri və s…

Başqa sözlə, Avrasiyanın nəhəng dəhlizi Naxçıvandan yalnız keçməyəcək – Naxçıvanı dəyişdirəcək!..

Zəngəzur bağlantısının ən böyük iqtisadi fəlsəfəsi də bax, elə budur.

Yol… keçdiyi coğrafiyanın iqtisadi taleyini dəyişir.

Artıq vurğulandığı üzərə, Naxçıvanın gələcək yükdaşıma sistemində Gündoğar–Günbatar və Quzey–Güney dəhlizlərinin qollarının qovuşacağı mərkəzlərdən birinə çevrilməsi nəzərdə tutulur.

Beləliklə,

Bakıdan Naxçıvana gedən yol əslində Naxçıvanda bitmir. Zəngəzur dəhlizi də dəhliz, yol anlayışından böyükdür. Bu və bənzəri cümlələr bədii görünə, poetik səslənə bilər, bununla belə, cümləmiz siyasi-iqtisadi gerçəkliyi, dövlət iradəsini, dövlət başçısının düşüncə və planlarının beynəlxalq miqyasını göstərir.

Burada başqa mühüm məqam da var.

Uzun müddət Zəngəzur dəhlizi deyərkən ilk növbədə avtomobil və dəmir yolu düşünülürdü. İndi isə konsept genişlənib.

Bu elektrik ötürücü xətlərini, fiber-optik rabitəni, gələcəkdə zərurət yaranarsa neft və qaz kəmərlərini də əhatə edə bilər. – Prezident bunu açıq şəkildə bildirdi.

Deməli, söhbət artıq bir kommunikasiya dəhlizindən gedir.

Bax, bu fərq çox önəmlidir.

XX yüzilin geosiyasətində dəhliz əsasən yol idi; XXI yüzilin geosiyasətində isə dəhliz – yol, enerji, informasiya, logistika, istehsal və təhlükəsizliyin üst-üstə gəlməsidir.

Naxçıvan bütün bunların kəsişmə (qovuşma!) nöqtəsinə çevrilirsə, deməli, onun Azərbaycan dövlətçilik sistemində çəkisi də yeni mərhələyə keçir.

Əkbər Qoşalı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Avqust 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri