Icma.az
close
up
RU
Colaninin legitimlik mübarizəsi: Türkiyə və Qərb arasında yeni geosiyasi qütbləşmə

Colaninin legitimlik mübarizəsi: Türkiyə və Qərb arasında yeni geosiyasi qütbləşmə

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Dövlətə qarşı formalaşdırılan yeni idarəetmə nümunəsi
Suriya vətəndaş müharibəsi yalnız silahlı qarşıdurma deyildi - həm də kimliklərin və coğrafi sərhədlərin yenidən tərif olunduğu dərin bir dəyişiklik mərhələsi idi. Döyüşlərin başa çatdığı düşünülən an sonu daha qanlı müharibəyə gedən səssiz və dərin bir transformasiyaya start verildi. Bu transformasiyanın bir ucunda isə ilk baxışda gözdən qaçan kiçik bir şəhər yerləşir: Süveyda.
Dövlətlərə qarşı tətbiq edilən yeni model
ABŞ son on ildə hərbi işğaldansa, hədəf ölkələrin sosial, iqtisadi və legitimlik təməlini çökdürməyə əsaslanan bir strategiya izləyir. Bu yanaşma “RAND Corporation”ın “systems disruption” (“sistem pozuntusu”) modelinə əsaslanır: dövlətə inamı sarsıtmaq, ardınca iqtisadi və daxili təzyiqlərlə sistemi dağılmağa sürükləmək.
İsrail isə bu strategiyanın əsas regional icraçısıdır və onu öz təhlükəsizlik konsepsiyasına uyğun şəkildə yönləndirir. Təl-Əviv Yaxın Şərqdə mərkəzi hakimiyyətdən qopmuş bufer zonalar qurmağı hədəfləyir. Əs-Süveyda bölgəsi bu yanaşmanın sınaq sahəsinə çevrilib. Model burada təkcə hərbi deyil, eyni zamanda diplomatik, iqtisadi və psixoloji vasitələrlə tətbiq edilir. Nəticə olaraq, vilayət artıq həm fiziki, həm də psixoloji baxımdan dövlətdən ayrılmış bir quruluş kimi fəaliyyət göstərir.
Druzlar: Müdafiədən strateji üstünlüyə
2024-cü ildə Bəşər Əsədin devrilməsindən sonra rejimə bağlı zabitlərin Əs-Süveydada toplanması druzların hərbi imkanlarını genişləndirdi. Bu zabitlər özləri ilə birlikdə druzlara silah-sursat, taktiki bilik və kəşfiyyat məlumatları qazandırdılar. Bundan əlavə, druzları nizamlı proksi gücə çevirmək istəyən İsrail də ordusundan istefaya çıxmış druz mənşəli məsləhətçiləri bölgəyə göndərdi.
Bu gedişin nəticəsini isə Devid Kilkullenin “təsadüfi partizan” (“accidental guerrilla”) nəzəriyyəsi ilə dəyərləndirək. Onun fikrincə, xarici dəstəklə yaranan strukturlar zamanla daxili motivasiya və sosial reflekslər qazanır. Druzlar da artıq sadəcə özünü müdafiə edən deyil, hərbi hakimiyyət qurmağa yönələn bir qüvvədir.
Əhməd əl Şaraa (Colani): İslahatçı, yoxsa cihadçı?
Əbu Məhəmməd əl-Colani kimi tanınan liderin hərbi-siyasi transformasiyası, Yaxın Şərqdə misli görünməmiş dəyişikliklərlə müşayiət olunub. Onun hekayəsi ideoloji və təşkilati baxımdan davamlı dönüşlərlə seçilir. 2000-ci illərin əvvəlində qlobal cihad anlayışını mənimsəyən Əhməd İraqda Əbu Musab Əz-Zərkavinin rəhbərlik etdiyi təşkilata qoşulub və “Əl-Qaidə”yə keçid edib. Zərkavinin ölümündən sonra həbs edilən Colani, azadlığa çıxar-çıxmaz vətəni Suriyaya yönəlib.
Suriya vətəndaş müharibəsi başlayanda Colani İŞİD-lə əlaqəli şəkildə fəaliyyətə başlasa da, Əbu Bəkr əl-Bağdadinin özünü xəlifə elan edib xilafət qurmasına qarşı çıxaraq, 2013-cü ildə “Ən-Nüsra Cəbhəsi”ni qurub. Qısa müddətdə güclənən təşkilat, beynəlxalq təzyiqlər və yerli dəstəyin azalması fonunda Colaninin 2016-cı ildə “Əl-Qaidə” ilə əlaqəni kəsməsi və HTŞ-ni yaratması ilə yenidən formalaşıb. Yeni qurulan HTŞ isə görünüşdə sələfi-cihadçı imicdən uzaqlaşaraq, daha praqmatik xətdə qərarlaşıb. Bu dəyişiklik Colaninin şəxsi kimliyinə də təsir edib. Bir zamanların cihadçısı klassik silahlı lider profilindən çıxaraq, özünü sivil siyasi aktor kimi təqdim etməyə başlayıb.
Lakin Süveyda məğlubiyyəti Şaraanın strategiyasında ciddi bir qırılma nöqtəsi oldu. Bu simvolik və məzhəbi əhəmiyyət daşıyan bölgənin əldən çıxması həm nəzarət imkanlarını, həm də psixoloji üstünlüyünü zəiflətdi. Bu vəziyyət Hel Brandsın “strateji elastiklik” nəzəriyyəsini gündəmə gətirir. Brandsa görə, bəzən liderlər böhranları dönüş nöqtəsinə çevirə bilir. Şaraa da indi bu sınaqdan keçir.
Cənubdan aldığı zərbədən sonra Colaninin hansı strateji istiqaməti seçəcəyi hələ məlum deyil. Əsas sual isə budur: Şaraa Fəratın şərqindəki ərəb–kürd məsələsinə fokuslanacaq, yoxsa hərbi təşəbbüsü bərpa etməyə çalışacaq? Hər iki yol həm siyasi, həm də taktiki baxımdan fərqli risklər və imkanlar daşıyır.
Colaninin legitimlik mübarizəsi: Qlobal qəbuldan kənarlaşdırma və Türkiyə ilə müttəfiqlik
Süveyda bölgəsində baş verənlər təkcə hərbi  transformasiya deyil; eyni zamanda beynəlxalq səviyyədə həyata keçirilən strateji yönləndirmələrin nəticəsidir. Bu mərhələdə İsrailin açıq dəstəyi ilə çıxış edən Hikmət Əl-Hicrinin druz qüvvələri etnik və məzhəbi sərhədləri daha da kəskin hala gətirərək nəzarətlərini genişləndirirlər.
 Digər tərəfdən isə, İsrailin Suriya planlarına qarşı çıxan Əhməd əl Şaraa ABŞ-nin diqqətini və təzyiqlərini daha güclü şəkildə hiss etməyə başlayıb. Necə ki, keçmişdə Əsədin arxasında Rusiya dayanırdısa, bu gün Şaraanın arxasında Türkiyə var. Türkiyə Şaraanın rəhbərlik etdiyi struktura həm hərbi, həm də siyasi qoruma zonaları təmin etməyə çalışır. Lakin ABŞ artıq Türkiyənin Suriyada rol almasını istəmir. Verilən mesaj isə olduqca açıqdır: Colani yeni dövrün Əsədi ola bilər, amma Türkiyə yeni dövrün Rusiyası ola bilməz. Başqa sözlə, Colaninin siyasi legitimliyi tanına bilər, lakin bu legitimliyin əsası Türkiyə üzərindən deyil, ABŞ-nin istiqamətləndirməsi ilə - ərəb ittifaqı vasitəsilə qurulmalıdır. Yəni, ABŞ Şaraanı Türkiyə xəttindən qoparıb, ərəb blokuna yaxınlaşdırmaq niyyətindədir.
Bu kontekstdə, Maykl Barnettin “beynəlxalq legitimlik” nəzəriyyəsi önə çıxır. Barnett bildirir ki, bir aktorun tanınması yalnız onun daxili potensialından deyil, eyni zamanda xarici aktorların onu hansı siyasi platformada legitimləşdirməsindən asılıdır. Şaraanın hərbi-siyasi potensialı yüksək olsa da, ABŞ onu Türkiyənin dəstəklədiyi bir fiqur kimi tanımaq istəmir. Bu, Barnettin xarici güclərin maraqlar naminə tətbiq etdiyi “geosiyasi balanslaşdırma” anlayışına da uyğundur.
Eyni zamanda Qreqori Trivertonun “analitik boşluq” nəzəriyyəsinə də diqqət yetirək. Trivertona görə, bəzi aktorları sistematik şəkildə prosesdən kənarda saxlamaqla boşluqlar yaratmaq və bundan istifadə etməklə yeni ittifaqlar qurmaq mümkündür.
Türkiyənin Suriyadan təcrid edilməsi isə sadəcə geosiyasi marjinallaşma deyil, eyni zamanda Colaninin gələcək rolunu formalaşdırmaq məqsədilə həyata keçirilən məqsədyönlü müdaxilədir. Bu, ABŞ və İsrailin Suriyanı öz strategiyasına uyğun şəkildə yenidən qurmaq planının bir hissəsidir. Colaninin İsrailin planlarına qarşı çıxması və Türkiyə ilə yaxınlığı güclü siyasi mövqe təsiri yaratsa da, bu mövqenin beynəlxalq sistemdə necə qəbul edildiyi mübahisəlidir. Yəni, Şaraa beynəlxalq legitimlik qazanmaq istəyirsə, qlobal sistemə uyğunlaşmanın yollarını tapmalıdır.
Bu məsələni beynəlxalq münasibətlər nəzəriyyəçisi Yan Klarkın “legitimliyin struktural sahəsi” anlayışı ilə izah edə bilərik. Nəzəriyyəyə görə, legitimlik təkcə daxili institusional qaydalarla deyil, eyni zamanda böyük güclərin dəyər verdiyi norma və çərçivələrə uyğunluqla formalaşır. Colaninin Türkiyə mərkəzli xətti isə ABŞ və ərəb blokunun “sabitlik” çərçivəsinə uyğun gəlmədiyi üçün nə qədər praktik nəticə qazansa da, sistemdən kənarda qalmaq riski daşıyır.
Nəticə
Süveyda hadisəsi təkcə bir bölgənin qismən müstəqil idarəetmə modelinə keçməsi ilə məhdudlaşmır; əslində bu, qlobal güclərin Suriya üzərindəki yeni oyun mexanizminin konkret nümunəsidir. ABŞ və İsrailin strateji yönləndirmələri nəticəsində ortaya çıxan bu model həm Colaninin gələcək mövqeyini, həm də Türkiyənin bölgədəki təsir imkanlarını real şəkildə sınağa çəkməkdədir.
Əhməd əl Şaraa artıq təkcə keçmiş bir cihadçı deyil - o, beynəlxalq münasibətlər sistemində yer tutmağa və qlobal normalara uyğunlaşmağa çalışan bir aktordur. Bu kontekstdə Türkiyə ilə qurduğu ittifaq ona sahədə taktiki üstünlük versə də, bu, Qərbin legitimlik meyarlarına uyğun gəlmədiyi üçün onun beynəlxalq tanınmasını çətinləşdirən əsas amillərdən biridir.
Süveyda modeli göstərir ki, regional azlıqlar üzərində qurulan yeni idarəetmə formaları yalnız daxili tələbatların deyil, xarici güclərin yönləndirmələrinin də məhsuludur. Druzlar bu modelin simasında həm alət, həm də aktor kimi çıxış edir. Türkiyə isə Şaraa üzərindən İsrailə qarşı öz geosiyasi mövqeyini qorumağa çalışmaqla çətin bir oyun oynayır.
Nəticə olaraq, Şaraanın legitimlik mübarizəsi təkcə şəxsi siyasi taleyini deyil, həm də Türkiyə-Qərb münasibətlərini, regional güc balansını və Suriyanın gələcək idarəetmə modelini formalaşdıran daha geniş qarşıdurmanı əks etdirir. Süveyda isə bu geosiyasi toqquşmanın ilk sınaq meydanıdır.
Nəsir Ağayev
Qeyd: Müəllifin fikirləri öz mövqeyini əks etdirir
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 İyul 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see619

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see277

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see255

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see150

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see145

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see145

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see138

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see137

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see136

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see136

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see136

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see136

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see133

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see131

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see130

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see125

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see125

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see124

Hepatit C diaqnozu qoyulan qadının son halı: Müayinə düzgün aparılmayıb

24 İyul 2025 00:14see121

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri