Coldplay konsertində çəkilən görüntü karyerasını bitirdi aylardır iş tapa bilmir
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
"Coldplay" konsertində baş verən qalmaqalla gündəmə gələn “Astronomer” IT şirkətinin insan resursları müdiri Kristin Kabot aylardır iş tapa bilmədiyini açıqlayıb.
Ölkə.az xəbər verir ki, o, bu barədə "Oprah Winfrey"in podkastında danışıb
Onun sözlərinə görə, hadisədən səkkiz ay keçməsinə baxmayaraq, hələ də yeni iş tapa bilməyib. O qeyd edib ki, uşaqlarını tək böyüdür və ailənin bütün maddi məsuliyyəti onun üzərindədir, buna görə işə qayıtmaq məcburiyyətindədir.
Kabot eyni qalmaqalda adı hallanan Endi Bayronun isə iş təklifləri aldığını iddia edib.
Xatırladaq ki, ötən il "Coldplay" konsertində yayılan görüntülər sosial şəbəkələrdə sürətlə yayılmış, Kabot və Bayron arasında münasibət olduğu barədə iddialar ortaya çıxmışdı. Video milyonlarla baxış toplamış, hər iki şəxs internetdə kəskin tənqid və təzyiqlə üzləşmişdi.
Həmidə İbrahimova
Baxış sayı:162
Bu xəbər 18 Mart 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















