Icma.az
close
up
RU

COP Sədrlikləri Üçlüyünün yüksək səviyyəli dialoqu keçirilib

Icma.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün COP29 konfransi çərçivəsində “COP Sədrlikləri Üçlüyünün yüksək səviyyəli dialoqu: "Ortaq rifahın gələcəyinə doğru Missiya 1.5 üçün Yol Xəritəmiz” adlı tədbir keçirilib.

"Operativ Media" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev, COP30-a ev sahibliyi edəcək Brazilyanın Ətraf Mühit və İqlim Dəyişikliyi Naziri Marina Silva, COP 28-in Baş İcraçı Direktoru Adnan Amin, Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yalçın Rəfiyev iqlim məqsədlərində ölkələrin bir-birlərini dəstəkləməklə, gələcək COP-lar üçün möhkəm və təsirli bir gündəliyi təmin edilə bilinəcəyini vurğulayıb:

“Bu gün biz indiyə qədər əldə etdiyimiz tərəqqi üzərində düşünəcəyik, qarşımızda duran maneələr haqqında fikirlərimizi bölüşəcəyik və öhdəliklərimizi bir daha təsdiq edəcəyik. İqlim fəaliyyəti üçün bu həlledici onillikdə hərəkət edərkən açıq dialoq, konstruktiv düşüncələr və ortaq baxış üçün məkanı inkişaf etdirməyi hədəfləyirik”.

Daha sonra çıxış üçün söz alan Adnan Amin COP Sədrlikləri Üçlüyünün yaradılma məqsədləri barədə danışıb:

“Aydındır ki, COP28 və COP30 arasındakı bu üç illik dövr Paris Sazişinin ambisiyalarına cavab verə biləcəyimizə və Dubayda hamımızın əldə etdiyimiz razılaşmaya nail olmağımıza kömək edəcək. Biz son bir ildə çox sıx əməkdaşlıq etmişik”.

COP29-un uğurlu təşkilinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edən COP30-a ev sahibliyi edəcək Brazilyanın Ətraf Mühit və İqlim Dəyişikliyi Naziri Marina Silva əsas məqsədin qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq və qlobal dayanıqlığı gücləndirmək olduğunu vurğulayıb:

“İqlim tədbirlərinin miqyası və sürəti təhlükənin miqyası və sürətinə uyğun gəlmir. Təcili olaraq ambisiyalarımızı artırmağımız vacibdir. Bizə daha çox maliyyə lazımdır. Bizə dəstək olmaq üçün inkişaf etmiş ölkələr tərəfindən texnologiya və potensialın yaradılmasına çıxış lazımdır”, - deyə xanım Marina Silva qeyd edib.

Tədbir daha sonra mövzu üzrə dəyirmi masa və müzakirələrlə davam edib. Müzakirələrdə UNFCCC-nin İcraçı Katibi Saymon Stiel, Ruandanın Ətraf Mühit Naziri Valentin Uvamariya iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 13 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri