Icma.az
close
up
RU
COP Sədrlikləri Üçlüyünün yüksək səviyyəli dialoqu keçirildi FOTOLAR

COP Sədrlikləri Üçlüyünün yüksək səviyyəli dialoqu keçirildi FOTOLAR

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Bu gün COP29 konfransi çərçivəsində “COP Sədrlikləri Üçlüyünün yüksək səviyyəli dialoqu: “Ortaq rifahın gələcəyinə doğru Missiya 1.5 üçün Yol Xəritəmiz” adlı tədbir keçirilib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, tədbirdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev, COP30-a ev sahibliyi edəcək Brazilyanın Ətraf Mühit və İqlim Dəyişikliyi Naziri Marina Silva, COP 28-in Baş İcraçı Direktoru Adnan Amin, Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yalçın Rəfiyev iqlim məqsədlərində ölkələrin bir-birlərini dəstəkləməklə, gələcək COP-lar üçün möhkəm və təsirli bir gündəliyi təmin edilə bilinəcəyini vurğulayıb:

“Bu gün biz indiyə qədər əldə etdiyimiz tərəqqi üzərində düşünəcəyik, qarşımızda duran maneələr haqqında fikirlərimizi bölüşəcəyik və öhdəliklərimizi bir daha təsdiq edəcəyik. İqlim fəaliyyəti üçün bu həlledici onillikdə hərəkət edərkən açıq dialoq, konstruktiv düşüncələr və ortaq baxış üçün məkanı inkişaf etdirməyi hədəfləyirik”.

Daha sonra çıxış üçün söz alan Adnan Amin COP Sədrlikləri Üçlüyünün yaradılma məqsədləri barədə danışıb:

“Aydındır ki, COP28 və COP30 arasındakı bu üç illik dövr Paris Sazişinin ambisiyalarına cavab verə biləcəyimizə və Dubayda hamımızın əldə etdiyimiz razılaşmaya nail olmağımıza kömək edəcək. Biz son bir ildə çox sıx əməkdaşlıq etmişik”.

COP29-un uğurlu təşkilinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edən COP30-a ev sahibliyi edəcək Brazilyanın Ətraf Mühit və İqlim Dəyişikliyi Naziri Marina Silva əsas məqsədin qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq və qlobal dayanıqlığı gücləndirmək olduğunu vurğulayıb:

“İqlim tədbirlərinin miqyası və sürəti təhlükənin miqyası və sürətinə uyğun gəlmir. Təcili olaraq ambisiyalarımızı artırmağımız vacibdir. Bizə daha çox maliyyə lazımdır. Bizə dəstək olmaq üçün inkişaf etmiş ölkələr tərəfindən texnologiya və potensialın yaradılmasına çıxış lazımdır”, – deyə xanım Marina Silva qeyd edib.

Tədbir daha sonra mövzu üzrə dəyirmi masa və müzakirələrlə davam edib. Müzakirələrdə UNFCCC-nin İcraçı Katibi Saymon Stiel, Ruandanın Ətraf Mühit Naziri Valentin Uvamariya iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Noyabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri