COP təcrübəsi WUF üçün möhkəm zəmin yaradır Könül Pirverdiyeva
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycanın COP tədbirinə uğurla ev sahibliyi etməsi ölkənin beynəlxalq səviyyəli çoxtərəfli tədbirlərin təşkili sahəsində formalaşmış institusional imkanlarını praktik olaraq təsdiqlədi.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva səsləndirib.
Onun sözlərinə görə, tədbir çərçivəsində on minlərlə iştirakçının qəbul edilməsi, dövlət qurumları arasında effektiv koordinasiyanın təmin olunması, təhlükəsizlik, logistika və protokol məsələlərinin beynəlxalq standartlara uyğun icrası Azərbaycanın yüksək idarəetmə qabiliyyətinin bariz göstəricisi olub.
K.Pirverdiyeva bildirib ki, COP təcrübəsi xüsusilə çoxtərəfli dialoqun təşkili, maraqlı tərəflərin prosesə cəlb olunması və beynəlxalq gündəliyin balanslaşdırılmış şəkildə idarə edilməsi baxımından mühüm presedent yaradıb. Bu yanaşma kompleks beynəlxalq forumların idarə olunması üçün funksional mexanizmlərin formalaşmasına imkan verib.
Onun fikrincə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasnın (WUF13) Bakıda keçirilməsi məhz bu uğurlu təcrübənin davamı kimi qiymətləndirilə bilər. Forumun mövzuları - urbanizasiya, dayanıqlı şəhərsalma, sosial inklüzivlik və iqlimə davamlı şəhər mühiti geniş iştirakçı spektri və güclü institusional koordinasiya tələb edir. COP zamanı sınaqdan keçirilmiş idarəetmə və təşkilati mexanizmlər WUF-un həm məzmun, həm də proses baxımından effektiv şəkildə reallaşdırılması üçün kifayət qədər əsas yaradır.
K.Pirverdiyeva vurğulayıb ki, WUF BMT-nin urbanizasiya və şəhərsalma sahəsində ən nüfuzlu çoxtərəfli dialoq platformalarından biridir və UN-Habitat tərəfindən iki ildən bir təşkil olunur. Forum çərçivəsində davamlı şəhərsalma siyasətləri, iqlimə davamlı şəhər mühiti, mənzil təminatı, nəqliyyat sistemləri, sosial inklüzivlik və ekoloji dayanıqlılıq kimi məsələlər müzakirə edilir.
Prorektorun sözlərinə görə, WUF-un Bakıda keçirilməsi Azərbaycanın qlobal urban inkişaf müzakirələrində passiv iştirakçı deyil, siyasət dialoquna töhfə verən tərəfdaş kimi qəbul olunduğunu göstərir. Xüsusilə postmünaqişə dövründə həyata keçirilən bərpa və yenidənqurma layihələri, ağıllı şəhər və yaşıl infrastruktur modelləri beynəlxalq ekspert icması üçün praktik əhəmiyyət daşıyır.
Müsahibimiz COP və WUF arasında oxşarlıqlara da toxunub. Qeyd edib ki, hər iki platforma hökumətləri, beynəlxalq təşkilatları, ekspert və akademik dairələri, eləcə də vətəndaş cəmiyyətini bir araya gətirən inklüziv və nəticəyönümlü dialoq mexanizmləridir.
Sonda Könül Pirverdiyeva bildirib ki, COP Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib, WUF isə bu etimadın davamlı və institusional xarakter daşıdığını təsdiqləyəcək. Onun sözlərinə görə, Forum ölkəmizin beynəlxalq nüfuzuna strateji dəyər qatmaqla yanaşı, urban inkişaf sahəsində uzunmüddətli tərəfdaşlıqların qurulmasına xidmət edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 26 Dekabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















