Icma.az
close
up
RU
COP16da Türkiyənin “Səhralaşma ilə Mübarizə üzrə Milli Strategiyası” açıqlanacaq AZƏRTAC

COP16da Türkiyənin “Səhralaşma ilə Mübarizə üzrə Milli Strategiyası” açıqlanacaq AZƏRTAC

İstanbul, 30 noyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyənin “Səhralaşma ilə Mübarizə üzrə Milli Strategiyası” və bu istiqamətdə nəzərdə tutulan fəaliyyət planı dekabrın 2-13 tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyasında (COP16) açıqlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.

Dünya miqyasında sahə üzrə əməkdaşlığın gücləndirilməsini hədəfləyən COP16-da əsasən quraqlıq, miqrasiya, qum və toz fırtınaları, davamlı kənd təsərrüfatı, qida sektoru kimi bir çox vacib məsələ müzakirə olunacaq.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi tərəfindən aparılan işlər çərçivəsində COP16-da iqlim dəyişikliyi, səhralaşma, eroziya və quraqlıqla mübarizədə qlobal əməkdaşlığa töhfə verilməsi hədəflənir. Tədbir çərçivəsində açılacaq Türkiyə pavilyonunda isə mövzu ilə bağlı bir çox panel və tədbir təşkil olunacaq.

seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri