Icma.az
close
up
RU
COP29 a görə bəzi ixtisasların keçid balı arta bilər

COP29 a görə bəzi ixtisasların keçid balı arta bilər

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Ötən il Bakıda keçirilən COP29 İqlim Konfransının bir sıra yerli sahələrə, o cümlədən ali təhsil sisteminə təsir edəcəyi istisna edilmir. Belə ki, tədbir ərəfəsində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin də qeyd etdiyi ki, COP29-un ölkədə təşkil olunması ətraf mühit, yaşıl enerji və davamlı inkişafla bağlı ixtisaslara marağı artıraraq qəbul ballarına təsir göstərə bilər.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən təhsil ekspertləri də bu tendensiyanı istisna etmir. 
Təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, COP29 tədbirinin ölkəmizdə keçirilməsi ekologiya, ətraf mühit və enerji ilə bağlı ixtisaslara marağın artmasına zəmin yarada bilər.
Ekspertə görə, bu tendensiya təkcə abituriyent seçimlərinə deyil, həm də dövlətin gələcək iqtisadi və sosial siyasətində yaşıl iqtisadiyyata keçid istiqamətində atdığı addımlarla birbaşa əlaqəlidir:
“Müşahidələrim və təhlillərim onu deməyə əsas verir ki, ekologiya mühəndisliyi, ətraf mühitin mühafizəsi kimi ixtisaslara maraq artacaq. COP29-un Azərbaycanda keçirilməsi həm bu sahələrin aktual məsələlərə çevrilməsi, həm də gənclərin bu istiqamətdə düşünməsinə səbəb ola bilər. Bu ixtisaslarda, xüsusilə də dövlət sifarişi əsasında təklif olunan yerlərdə keçid ballarının artımı gözləniləndir”.

Bununla belə, Rizvan Fikrətoğlu hesab edir ki, abituriyentlərin bu sahələrə yönəlməsi, bəzi hallarda real maraqdan yox, məcburiyyətdən qaynaqlana bilər:

“Reallıq budur ki, COP29 tədbirindən sonra bu sahələrin mahiyyəti, ictimai əhəmiyyəti və gələcək perspektivləri ilə bağlı təbliğat və maarifləndirmə işləri kifayət qədər zəif aparıldı. Bu səbəbdən də bəzi abituriyentlər bu ixtisaslara daha çox məcburən, yəni I ixtisas qrupunda 200 balı keçməyənlərin seçimində müşahidə oluna bilər.

Təhsil tədqiqatçısı Elmin Nuri isə açıqlamasında bildirib ki, ötən il ölkəmizdə keçirilmiş COP29 beynəlxalq ali təhsildə də bir sıra mühüm müzakirələrə yol açdı. Onun sözlərinə görə, konfrans zamanı bir çox ölkələrin universitet nümayəndələri və tələbələri Azərbaycana maraq göstərməyə başlayıb.

“COP29 tədbiri keçirilərkən ali təhsil seqmenti ilə əlaqələndirmə məsələləri diqqət mərkəzində idi. Xüsusilə, ali təhsil müəssisələrində ekoloji əsaslı ixtisasların artırılmasının vacibliyi qeyd olunurdu. Bu, həm beynəlxalq əməkdaşlıq baxımından, həm də ölkə daxilində yaşıl iqtisadiyyata keçidlə bağlı strateji hədəflərə uyğundur”.

Elmin Nuri qeyd edir ki, bu il ixtisas seçiminin ilkin mərhələsində valideyn və abituriyentlərlə aparılan söhbətlər zamanı ekologiya mühəndisliyinə marağın ötən illərlə müqayisədə dəyişmədiyi müşahidə olunur:

“Hazırda ekologiya mühəndisliyi istiqamətinə maraq əvvəlki illərlə demək olar ki, bərabərdir. Əlbəttə, plan yerlərinin sayı hələ tam açıqlanmayıb, lakin gözlənti ondan ibarətdir ki, ekologiya və ətraf mühit əsaslı ixtisaslarda plan yerləri artırıla bilər. Bu da dövlətin yaşıl inkişaf prioritetləri ilə bağlıdır”.

Bununla belə, təhsil tədqiqatçısı birinci ixtisas qrupunda marağın daha çox texnologiya yönümlü sahələrə yönəldiyini vurğulayıb:

“Ənənəvi olaraq kompüter elmləri və informasiya texnologiyalarına maraq üstünlük təşkil edir. Bu tendensiya bu il də davam edəcəyi gözlənilir. Amma ekologiya ilə bağlı ixtisaslar uzunmüddətli baxışda strateji əhəmiyyət daşıyır və gələcəkdə marağın daha da artacağı gözlənilir”.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Avqust 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri