Icma.az
close
up
RU
Bir əsrlik səs yenidən yüksəlir: Türk dünyası Bakıda 100 illik ruhu dirildir!

Bir əsrlik səs yenidən yüksəlir: Türk dünyası Bakıda 100 illik ruhu dirildir!

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əhməd Cavadın çağırışı bu günə səsləşir, türk ziyalısı yenidən fədakarlığa hazır olmalıdır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında bir neçə gün öncə sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur. 

“Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır”. Sərəncamda bildirilir ki, Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi edib. Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi. Azərbaycanın və bütövlükdə türk dünyasının XX əsr elmi-mədəni həyatının parlaq səhifəsini təşkil etdiyini nəzərə alaraq, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi qərara alınır. 


I Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsinin türk dünyası üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayan “Şərq” qəzetinin baş redaktoru, milli mətbuatımızın tədqiqatçısı Akif Aşırlı bildirdi ki, müstəqil Azərbaycan dövlətini tarixi irs və varislik prinsipləri üzərində inkişaf etdirən Prezident İlham Əliyevin belə bir sərəncam imzalaması bu qurultayın tarixi əhəmiyyətini bir daha təsdiq edir: 


- I Bakı Türkoloji Qurultayının ümumtürk tarixi, ədəbi dilinin inkişafı, ortaq türk əlifbasının təşəkkül tapmasında rolu olduğu qədər, Azərbaycan milli jurnalistikası tarixində də böyük əhəmiyyəti var. Qurultayda latın əsaslı yeni türk əlifbasına keçid, ədəbi dilin formalaşması, çap-nəşriyyat işinin Avropa standartlarına uyğunlaşdırılması və terminologiyadan istifadə qaydaları, ortaq türkcənin yaradılması kimi böyük əhəmiyyəti olan məsələlərin müzakirəsi və qurultayın qərarları jurnalistikanın inkişafına böyük töhfələr verdi. Qurultay haqqında Azərbaycan, Türkiyə və digər türk  cümhuriyyətlərinin alimləri müxtəlif istiqamətdə elmi tədqiqat aparıb, monoqrafiya və kitablar nəşr etdilər. Milli mətbuatımızda da I Türkoloji Qurultaya böyük diqqət ayrılırdı və qurultayda aparılan müzakirələr, çıxışlar, məruzələr mətbuat səhifələrində işıqlandırılırdı. İstiqlal şairimiz, həm də publisist olan Əhməd Cavad “Türkoloji qurultayı” məqaləsində yazırdı ki, “Birinci Tükoloji Qurultayın Azərbaycan paytaxtında çağırılması biz azərbaycanlılar üçün bir tərəfdən böyük bir şərəfdir. O biri tərəfdən bu hadisə bizim üzərimizə ağır bir vəzifə qoyur ki, o da qurultayda müzakirəyə qoyulan məsələlərə hazırlanıb əməli bir surətdə orada iştirak etməkdir. İndidən qəzetə, jurnallar sütunlarında müzakirəyə qoyulan məsələlər haqqında müzakirat başlamalı və bugünkü günə indidən hazırlanmalıdır. Türkoloji Qurultay türk millətlərinin mədəniyyət sahəsinə girdiyində bir canlı nümunədir. Və Qurultayın təsisini ələ alan Azərbaycan xalqı, Azərbaycan ziyalıları qüvvəyi bir imanla bu yolda hər cürə fədakarlığa hazırlanmalıdırlar. Müxtəlif türk ellərindən müsafir gələn qonşularımız buradan əsri-mədəniyyəti yüksəltməyə qalxan və öz mövcudiyyətini dünya nəzərində göstərməyə çalışan Azərbaycan xalqının qüvvətli iradəsini hiss etməlidirlər”. Türkoloji qurultayın açılması münasibətilə “Yeni fikir” qəzetindəki məqalədə qurultayın açılış günü böyük ziyafət təşkil olunduğu qeyd edilir: “Cümə günü axşam saat yeddidə Türkoloji qurultay açıldı. Bu gün qurultay münasibətilə Maarif Sarayında (sabiq «İsmailiyyə»də) böyük bir ziyafət var idi. Türk-tatar əməkçiləri üçün böyük elmi addım olan bu qurultayı görmək üçün gələnlər binanın önlərində bilet almaq üçün son dərəcə tələsiyorlardı. Saat yeddidə nümayəndələr gəlməyə başlayınca fəaliyyət daha artdı. Azərbaycan maarif fəaliyyəti haqqında iyi bir məlumat vermək surətilə süslənmiş olan ikinci dərəcədəki salonun rəngi elektrik lampalarından süzülən və axan işıqlar hər tərəfi aydınlatıyor və bütün buradakı məmnuniyyət cizgilərini canlandırıyor. «Azərnəşr»in kitab sərgilərindəki intizam və gözəlliklə kitab tirajlarını və çap edilmiş kitablar miqdarını bildirən cədvəllərdən sonra salonun haman tərəfini Maarif komissarlığının beş yıl içindəki nəticələrini göstərən cədvəllər bəzəmişdi. Birinci və ikinci dərəcəli məktəblər ilə teatro məktəbləri, sənaye kursları, pedaqoji texnikumlar və ikinci fakültələri, Ali Pedaqoji institutları, Dövlət darilfünunu, tibb fakültəsi, Azərbaycan Dövlət Yolu Texnik institutu, fabrika, zavod məktəbləri, orta musiqi məktəbləri, Dövlət konservatoriyası və sairə haqqında çox gözəl bir surətdə düzülmüş cədvəllərlə məlumat verən tələbə-müəllim sayısı ilə məktəblərin necə artdığını bildirən tablolar, Azərbaycanın 5 il içində qazandığı maarif zəfərini çox qüvvətli bir lisan ilə anladırdılar. Digər bir otaqda əlifba islahatının keçirdiyi dövrlər və müxtəlif əlifbaların təşkili ilə bunların islah edilişini anlatan lövhələr bulunur. Elektrik ziyaları altında nəzərlərin çox rəngli mənzərələr ilə qarşılandığı bu otaqda Mirzə Fətəli Axundzadə əlifbası, Abidov və Albarofun başladıqları qazan-tatar yeni türk latın əlifbası, ərəb və latın əlifbasının, yəhudi əlifbası, A.Baydursun əlifbası, islah edilmiş Krım tatarları əlifbası və ilaxır… kibi 40-a qədər əlifba tablosu ilə bunlara dair basılmış olan kitab və risalələr, ərəb yazısının dəbhani, siyaqit, hali, fəsx, kufi, icazat, dəfmə, divani, sinili, nəstəliq, təcri şikəstə işkalaları, VIII əsrdə Səmərqənddə yazılan kufi Quran səhifəsinin faskuləsi, rus-yakut, rus-başqırd, qazan-tatar, rus-qırğız əlifba və dilləri ilə müxtəlif tarixlərdə basılmış «İncil»lər, kabardin-bolqar xəritəsi, Radlovun atlasından çıxarılmış uyğur yazı şəkilləri, «Bəxtiyarnamə»nin (XV əsr) yarısının faksüləsi, uyğur əlifbası ilə yazılmış «Budda», türk əl yazısının fasküləsi, XVIII əsrdə gürcü əl yazısının gürcü heroqlifi ilə türk əlavəsi, «İbn-ərəb şmaə» üzrə uyğur əlifbası, «Yeddi su»da məzar daşları üzərindəki türk sözləri, yazının şəkilləri, VIII əsrdə türk xaqanları adından düzülmüş kitay yazılarının şəkli, XV əsrdə Qudankulinin əl yazısının fasküləsi, uyğur şrifti ilə basılmış Qudankulinin çap edilmiş Orhun hərfləri, səkkizinci əsrdə türkcə ilə yazılmış monqol abidələrinin şəkilləri, yeddinci və səkkizinci əsrlərdə türk-tatar xalqlarınnı «Saloqan» hərfləri ilə türk dilində ad və tarixi göstərən əl yazısı, «Qudaqus-saqumanqus»un bir səhifəsinin fasküləsi və ilaxirə kibi türk dil və tarixinin çox qiymətli vəsiqələri… hər kəsi maraqlandırırdı. Digər bir otaq Azərbaycan mətbuatının 50 illiyinə aid sərgiyə təxsis edilmişdir ki, bu günlərdə açılacaqdır”. 


Bu məqalə göstərir ki, Türkoloji qurultayın Bakıda keçirilməsinə ciddi hazırlıq aparılıb və qurultay böyük bir bayrama çevrilib. Milli mətbuatımız sayəsində öyrənirik ki, 1926-cı il martın üçü və dördüncü günlərinin iclası yeni əlifba müzakirələrinə həsr olunub. Bu məsələ barəsində məruzə etmək istəyənlər də çox olub: “Fəqət, vaxt məhdud olduğu üçün yalnız 14 natiqə söz verildi. Mübahisə iki cərəyan tərəfində idi ki, o da latınçılıq və islahatçılıqdan ibarət idi. Latın əlifbasının məziyyəti və onun qrameri üçün əlverişli olduğunu isbat edərək qəbulunu təklif edən məruzəçilərdən əsas olaraq Məhəmmədzadə, professor Baquvalir, Zirqov və başqaları, yeni əlifbanın əleyhinə olaraq ərəb əlifbasının köhnə şəklində qalmaq şərtilə saxlanılmasını təklif edənlərdən ən güclüsü Alimcan Şarafov idi ki, iki saat yarım çəkən məruzəsini bu əsas üzrə qurmuşdu.  …bütün qurultayda Tatarıstan heyəti mürəxxəsindən və Qazaxıstan nümayəndələrindən başqa yeni əlifbaya zidd olan çıxmadı. Tatarıstan vəkilləri əksəriyyəti köhnə əlifbanı islah etmək tərəfdarıdırlar. Fəqət, başqa bir Tatarıstan vəkili Alimcan İbrahimovun özü israr etdiyi kibi əlli sənədən artıqdır ki, Tatarıstan bu islaha uğraşır və heç bir müsbət nəticə meydana çıxarmamışlar və çıxara da bilməzlər. Çünki ərəb əlifbası islah qəbul etməz”. İki gün davam edən qızğın müzakirə və mübahisələrdən sonra nəhayət, qurultayda yeni əlifba məsələsi əsas olaraq qəbul edilir. “Beləliklə, dörd ildən bu yana Azərbaycan zəhmətkeşlərinin qəbul etdiyi yeni əlifba və atdığı addım bütün türk-tatar komitələrini təmsil edən birinci Türkoloji qurultayı tərəfindən qəbul və təqdir olunaraq, türk-tatar  zəhmətkeşlərinin mədəni və elmi sahədə daha böyük addımlar ilə irəliləməsinə köməklik etdiyi kibi bu millətlərin ədəbiyyatı tarixində yeni səhifələr açılacaqdır”. Qurultay barədə görkəmli ziyalıların məqalələri dərc olunub. Cümhuriyyətin süqutundan sonra ölkəni tərk edərək mühacir həyatı yaşayan böyük ideoloq professor Əli bəy Hüseynzadə yazırdı ki, Azərbaycan kütləsinin bugünkü fütühatı və tərəqqisini görürkən, qəlbimin şadlıq və məmnuniyyətlə döyünməsini gizlətməm. Çünki bu kütlənin bütün bəşəriyyətlə birlikdə tərəqqi etməsi fəaliyyətin əsas qayəsini təşkil edər. Əli bəy Hüseynzadə türkoloji qurultayın yekunlarından bəhs edərkən deyir ki, qurultay türk-tatar xalqlarının həyatı ilə əlaqədar olan bir çox məsələləri həll etdi: “Qurultayın türk-tatar xalqlarının həyatında böyük rol oynayacağına şübhə olamaz. Əlifba məsələsində şəxsən mən əsaslı inqilab tərəfdarıyam. Bu məsələnin Türkiyədə hanki şəklə girəcəyi qarşımızda duran gələcək göstərəcəkdir”. Qurultayda professor Bəkir Çobanzadə, professor Fuad Köprülüzadə məruzə ediblər, onların nitqləri ozamankı mətbuat səhifələrində işıqlandırılıb. F.Köprülüzadə müsahibəsində “Türkoloji qurultayın elmi qiyməti çox mühüm olduğu kibi ümum-nöqtədən şayən diqqətdir. Bilxüsusa, türk xalqlarının intibahı elm və mədəniyyət yolunda irəliləmək istədiyini göstərir” deyirdi. Bir əsr sonra - 2026-cı ildə I Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi də inanırıq ki, türk xalqlarının ədəbi dilinin inkişafına, ortaq türk əlifbasının möhkəmlənməsinə böyük töhfə verəcək. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Oktyabr 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see328

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see266

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see240

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see207

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see202

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see147

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see136

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see129

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see128

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see128

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see127

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see125

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see124

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see123

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see122

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see121

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri