Icma.az
close
up
RU
COP29 çərçivəsində Azərbaycana qarşı yönəlmiş təhdidlər: Avropa Parlamentindən Benilüks ölkələrinə doğru Yeni Çağ Media

COP29 çərçivəsində Azərbaycana qarşı yönəlmiş təhdidlər: Avropa Parlamentindən Benilüks ölkələrinə doğru Yeni Çağ Media

Icma.az, Yenicag saytına istinadən bildirir.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyasının son günləri yəqin ki, Belçikanın Federal, Flaman, Valon və Brüssel parlamentlərinin 20 üzvünun bəyanatı ilə yadda qalacaqdır.

Onlar Azərbaycan hökumətinə və COP29-da iştirak edən Belçika hökumət nümayəndə heyətinə üç əsas tələb ilə müraciət etmişlər:

1) Azərbaycanda saxlanılan erməni “hərbi əsirlər”in azad edilməsi;

2) Dağlıq Qarabağın erməni mədəni irsinin qorunması;

3) Azərbaycan qoşunlarının Ermənistan Respublikasının işğal olunmuş ərazisindən çıxarılması və Azərbaycanın Ermənistana qarşı hər hansı “təcavüzünün” dayandırması. Əfsuslar olsun ki, Belçika parlament üzvləri tərəfindən səsləndirilən bu iddialar nə tarixi reallıqlara, nə də beynəlxalq hüququn prinsiplərinə uyğun gəlir.

Maraqlıdır ki, qeyd edilən bu və digər məsələlər COP-29 ərəfəsində və dövründə Azərbaycana qarşı Avropa Parlamenti, Niderland və Lüksemburq Parlamentləri tərəfindən qəbul edilmiş bir sıra qətnamələrdə də öz əksini tapmışdır. Qərəzli xarakter daşıyan bu sənədlər mahiyyət etibarı ilə nəinki qeyri-obyektiv və birtərəfli yanaşmanı ortaya qoyur və reallığı tam əks etdirmir, eyni zamanda onların Avropa və Benilüks ölkələrinin parlamentləri tərəfindən qəbul edilməsi Azərbaycanın daxili işlərinə müdaxilə kimi də qiymətləndirilməlidir.

Digər tərəfdən, Ermənistan-Azərbaycan qarşıdurmasındakı real faktları təhrif edən bu qətnamələr post-həqiqət elementlərini özündə ehtiva etməklə, obyektiv faktları subyektiv emosiyalarla əvəzləməyə çalışır. Məsələn, 30 ilə yaxın bir dövr ərzindəAzərbaycanın işğal edilmiş ərazilərində qondarma bir qurum yaradaraq, özlərini “müstəqil elan  etmiş separatçılar” bir milyona yaxın azərbaycanlının ata-baba yurdlarından qovulmasına, öldürülməsinə və s. cinayətlərə görə məsuliyyət daşımalıdırlar. Onların “hərbi əsir” kimi qələmə verilməsi ən azı ədalətsizlikdir.

Eyni zamanda bəzi Qərb dairələri tərəfindən Qarabağda mövcud olan erməni mədəni irsinin qorunması məsələsi də olduqca siyasiləşdirilmişdir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə yerləşən bütün dini və mədəni irsin qorunması və bərpasında maraqlıdır və bu istiqamətdə əməli addımlar atır. Bu irs Azərbaycanın multikulturalizm siyasətinin və dini tolerantlığının ayrılmaz bir hissəsidir. Bununla yanaşı, Ermənistanın ötən illər ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində Azərbaycan tarixinə və mədəniyyətinə, eləcə də islam dininə aid yüzlərlə abidəyə sərgilədiyi münasibət bu gün göz önündədir. Beynəlxalq ictimaiyyətin nümayəndələri son illər ərzində Azərbaycana səfərlər etməklə bu abidələrin böyük ərsəriyyətinin dağıdıldığının və təhqir edildiyinin şahididir. Benilüks ölkələrinin parlament üzvləri də real faktlar haqqında daha yaxşı təsəvvür əldə etmək üçün onlardan nümunə götürməlidirlər.  

Azərbaycan Respublikası tərəfindən Ermənistana qarşı hər hansı bir “təcavüzün” edilməsi ilə bağlı iddialar da post-həqiqət elementidir və bu fikirlər İkinci Qarabağ mühatibəsindən sonra Qərb ekspertləri və media tərəfindən geniş şəkildə yayımlanır.Halbuki Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazisini məhz bu müharibə nəticəsində azad edərək, bölgədə dayanıqlı və ədalətli sülhün əldə edilməsi üçün ardıcıl addımlar atmaqdadır.

Beləliklə, şübhəsiz ki, Azərbaycana qarşı aparılan bu hibrid təhdidlərin arxasında erməni diasporunun və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatları dayanır. Onlar vaxtilə müxtəlif ölkələrin parlamentləri tərəfindənTürkiyə Respublikasına qarşı qondarma “soyqırım” iddiaları ilə bağlı çoxsaylı qətnamələr qəbul etməyə nail olsalar da bir nəticə əldə edə bilməmişlər. Ona görə də bu destruktiv siyasətdən bu gün Azərbaycana qarşı da istifadə etmək bir nəticə verməyəcək.  

Benilüks ölkələrinin parlamentlərinin üzvlərini isə Cənubi Qafqaz bölgəsində davamlı sülhün və inkişafın əldə edilməsi üçün bu bölgədə mövcud olan bütün dövlətlərə münasibətdə obyektiv və tarazlı mövqe nümayiş etdirməyə çağırırıq.

Gülşən Paşayeva

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı,

Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 23 Noyabr 2024 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri