Icma.az
close
up
RU

COP29 çərçivəsində Dünya İqtisadi Forumu ilə Yüksək Səviyyəli Sessiya keçirilib

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Dünya İqtisadi Forumunun təşkilatçılığı ilə “Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər” mövzusunda Dünya İqtisadi Forumu ilə Yüksək Səviyyəli Sessiya keçirilib.

APA xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov iqlim dəyişikliyinə qarşı birgə mübarizə səylərini ehtiva edən prinsiplər, bu sahədə yürüdülən qlobal siyasət və özəl sektorun töhfələri barədə fikirlərini bildirib.

Qeyd olunub ki, bu məsələdə müsbət dəyişikliklərin təmin olunması üçün inklüziv tədbirlərin davamlılığı və dayanıqlı inkişafa nail olmaq önəmlidir. Qlobal müstəvidə iqlim məsələləri kontekstində bütün xalqları ehtiva edən ədalətli yanaşma da mühüm məsələdir.

Azərbaycanın davamlı artım və yaşıl iqtisadiyyat sahəsində hədəfləri və görülən işlər barədə məlumat verilib. Ölkəmizdə yaşıl enerji məqsədlərinə çatmaq üçün qabaqcıl texnologiyaların və innovativ həllərin hazırlanması yönündə məqsədyönlü tədbirlərə diqqət çəkilib, bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.

Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İveala isə qlobal ticarət siyasətlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması və bu kontekstdə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsinin vacibliyi barədə fikirlərini bildirib.

Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov qlobal iqlim dəiyşikliklərinə qarşı beynəlxalq əməkdaşlıq, region ölkələrinin bu yöndə təşəbbüsləri, bərpa olunan enerji sahəsində birgə layihələrin reallaşdırılmasının önəmi barədə fikirlərini bildirib.

Dünya İqtisadi Forumunun icraçı direktoru və sessiyanın moderatoru Cim Huay Neo sıfır karbon emissiyasına keçid prosesinin iqtisadi artım və iş yerlərinin yaradılması üçün böyük imkanlar yaratdığını, həmçinin faydaların və xərclərin ədalətli şəkildə bölüşdürülməsini təmin etmək üçün birgə və hərtərəfli yanaşmanın əhəmiyyətini vurğulayıb.

“Boston Konsaltinq Qrup”un qlobal sədri və CEO İqlim Liderləri Alyansının həmsədri Riç Lesser 2019-2022-ci illər arasında ümumi emissiya səviyyəsini 10% azaltmağa, eyni zamanda ümumi gəlirlərini 18% artırmağa nail olduqlarını qeyd edib, iqlim fəaliyyətinə özəl sektorun daha çox cəlb edilməsi üçün dövlətlərlə daha sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Bildirilib ki, bu sahədə aydın siyasət və güclü tərəfdaşlıq mexanizmləri müsbət dəyişikliklər üçün həlledici əhəmiyyət daşıyır.

“Fortescue” şirkətinin icraçı sədri Endryu Forrest iqlim dəyişikliyi ilə mübarizədə enerjinin yaşıl mənbələrdən əldə edilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bərpa olunan enerji sektoruna sərmayələrin artırılması və texnoloji yeniliklərin təşviqi sayəsində qlobal iqlim hədəflərinə çatmaq mümkündür.

Tərəflər iqlim böhranının həlli üçün qlobal səviyyədə birgə tədbirlərin zəruriliyini vurğulayıblar. Bütün dövlət, şirkət və vətəndaş cəmiyyəti qurumları ortaq məsuliyyəti qəbul etməyə və konkret fəaliyyət planları ilə iqlim dəyişikliklərinə qarşı mübarizəyə qoşulmağa çağırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Noyabr 2024 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri