Icma.az
close
up
RU
COP29 çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportuna ACAin “Azaltma” sertifikatı təqdim edilib AZƏRTAC

COP29 çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportuna ACAin “Azaltma” sertifikatı təqdim edilib AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də COP29 iqlim konfransı çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun və Avropa Beynəlxalq Hava Limanları Şurasının (ACI EUROPE) birgə təşkil etdiyi xüsusi tədbirdə qlobal hava limanı sənayesinin dekarbonizasiya istiqamətində sürətlənmiş səyləri bir daha nümayiş etdirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Beynəlxalq Aeroportuna karbon emissiyalarının azaldılması üzrə əldə etdiyi irəliləyişlərə görə Hava Limanları Karbon Akreditasiyası (ACA) proqramının 2-ci səviyyə “Azaltma” sertifikatı təqdim olunub.

Tədbirdə çıxış edən “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev ətraf mühitin mühafizəsini yalnız strateji məqsəd deyil, eyni zamanda, gələcək nəsillər qarşısında mühüm bir məsuliyyət kimi gördüklərini vurğulayıb: “Bu nailiyyət bizi daha irəli addım atmağa, “Optimallaşdırma” səviyyəsinə çatmağa və davamlı inkişaf sahəsində daha müasir texnologiyaları və yenilikçi təşəbbüsləri tətbiq etməyə ruhlandırır. Bu uğur yalnız Heydər Əliyev Beynəlxalq Aeroportunun deyil, ümumilikdə Azərbaycanın davamlı inkişaf prinsiplərinə sadiqliyinin göstəricisidir. Aviasiyada ekoloji məsuliyyət artıq seçim deyil, müasir dövrün tələbidir”.

ACI EUROPE-un baş direktoru Olivye Yankovets çıxışında bildirib ki, 600-dən çox hava limanının akkreditasiyadan keçməsi hava limanı əməliyyatlarının tam dekarbonizasiyası istiqamətində əldə olunan növbəti mühüm nailiyyətdir: “Bu, hava limanlarının dayanıqlılığı öz fəaliyyətlərinin əsas prioritetinə çevirdiyinin və hər il milyonlarla ton karbon emissiyasını əhəmiyyətli dərəcədə azaltdığının bariz nümunəsidir. Azərbaycanı paytaxt hava limanının iqlim fəaliyyət icmamıza qoşulması və alt-regionda öncül rol oynaması münasibətilə təbrik edirəm”.

ACI World-un baş icraçı direktoru Castin Erbaçi çıxışında qeyd edib ki, COP29 tədbiri çərçivəsində hava limanlarının iqlim fəaliyyətinə olan sadiqliyi bir daha nümayiş olundu: “İqlim tədbirləri üçün mürəkkəb siyasi mənzərə fonunda, 2050-ci ilə qədər sıfır karbon emissiyasına çatmaq məqsədimizi kollektiv şəkildə bir daha təsdiqləmək vacibdir. Aviasiya cəmiyyətimizə və iqtisadiyyatımıza böyük faydalar gətirir. Hava limanları və onların tərəfdaşları karbon izi ilə mübarizə apararkən, aviasiyanın rifahı təşviq etməkdə və iqlim təsirlərinə qarşı dayanıqlığı artırmaqda olan unikal rolunu qoruyub saxlamalıdırlar. Biz bütün dünyadakı dövlətlərin ICAO-nun uzunmüddətli məqsədinə nail olunmasını dəstəkləyəcək çərçivələr təqdim edəcəyini səbirsizliklə gözləyirik”.

Tədbirdə ACI World-un baş icraçı direktoru Castin Erbaçinin və Hava Nəqliyyatı üzrə Fəaliyyət Qrupunun (ATAG) baş icraçı direktoru Haldan Dodun iştirakı ilə “Aviasiyanın dekarbonizasiyası və Qlobal Çərçivə: Cari Vəziyyət və Perspektivlər” mövzusunda panel müzakirə keçirilib. Panel müzakirəsində sənaye liderləri davamlı inkişaf məqsədlərinə nail olmaq üçün əsas çağırışları və imkanları müzakirə edib, əməkdaşlığın və innovativ texnologiyaların tətbiqinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın ekoloji məqsədlərinə dəstək olaraq karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində innovativ həllərin tətbiqini öz prioritet məqsədlərindən biri kimi müəyyən edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri