Rusiyanın “məğlubedilməz“ sayılan “Pantsir“ləri Ukrayna tərəfindən məhv edilir VİDEO
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Baku TV-nin "Hərbi xronika" rubrikasının budəfəki buraxılışında Ukrayna-Rusiya müharibəsinin gedişatında Rusiyanın "Pantsir-S1" Hava Hücumundan Müdafiə sistemlərinin məhv edilməsi məsələsi diqqət mərkəzinə gətirilib.
Bildirilib ki, 2025-ci ilin əvvəlindən bəri Ukrayna müdafiə qüvvələri Rusiyanın bu komplekslərinin təxminən yarısını məhv edib.
Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Vasili Malyuk tərəfindən verilən məlumata əsasən, bu itkilər Rusiyanın silah istehsalının məhdud imkanları ilə bağlı ciddi narahatlıq yaradır.
Qeyd olunub ki, "Pantsir-S1" zenit-raket və zenit-artilleriya sistemi Rusiya Ordusunun hava hücumuna qarşı ən güclü silahlarından biri sayılırdı və 30 millimetrlik toplar, 12 idarə olunan raketlə təchiz edilib. Lakin Ukrayna qüvvələri xüsusən də pilotsuz uçuş aparatları və dəqiq idarə olunan sursatlar vasitəsilə bu sistemi ciddi şəkildə zərərsizləşdirməyə müvəffəq olub.
V.Malyukun sözlərinə görə, Rusiyanın bu itkiləri, xüsusilə strateji bölgələrdəki "Pantsir" sistemlərinin məhv edilməsi Rusiya Hava Hücumundan Müdafiə sistemini zəiflətmək üçün məqsədyönlü bir strategiyanın tərkib hissəsidir. Ukraynanın dronları, sadəcə, taktiki deyil, həm də strateji əhəmiyyət kəsb edən zərbələr həyata keçirərək Rusiyanın müasir Hava Hücumundan Müdafiə sistemlərini sarsıdıb. Bu inkişaf həmçinin Rusiya üçün ciddi itkilərə yol açaraq onun müdafiə qabiliyyətini zəiflədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 03 Fevral 2026 08:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















