Icma.az
close
up
RU
COP29 çərçivəsində “İqlim maliyyəsi” mövzusunda dəyirmi masa təşkil olunub FOTO

COP29 çərçivəsində “İqlim maliyyəsi” mövzusunda dəyirmi masa təşkil olunub FOTO

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan “İqlim maliyyəsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, dəyirmi masa müzakirələrində, həmçinin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Prezidenti Sadır Japarov və digər yüksək səviyyəli nümayəndələr, o cümlədən beynəlxalq maliyyə institutlarının nümayəndələri, investor və maliyyə mütəxəssisləri iştirak ediblər.
Dəyirmi masa müzakirələrində Azərbaycanın COP29 sədrliyi adından çıxış edən nazir Ceyhun Bayramov COP29 sədrliyinin prioritetləri, xüsusilə iqlim maliyyəsi gündəliyinin tranformasiyası istiqamətində Azərbaycan sədrliyinin fəaliyyəti barədə ətraflı məlumat verib.
İqlim dəyişikliyinin mənfi təsir və nəticələrinin aradan qaldırılmasının çoxtərəfli həll yolları və inklüziv proses tələb etdiyi, dünyanın müxtəlif bölgələrində, 2022-ci ildə Pakistanda, habelə bu yaxınlarda Karib hövzəsi, Hindistan, Banqladeş, Nigeriya, Çad, İspaniya və s. bölgələrdə baş verən ölümcül daşqınlar kimi fəlakətlərin müvafiq həll yolları tapılmasını labüd etdiyi diqqətə çatdırılıb.
İqlim dəyişikliyi ilə əlaqəli bu kimi fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində Şarm əl-Şeyxdə əldə olunan və Pakistanın G-77 sədrliyi dövrünə təsadüf edən İtki və Zərərə cavab verən Fondun yaradılması ilə bağlı tarixi razılaşmanın əhəmiyyəti vurğulanıb.
COP29 sədrliyimizin təbii fəlakətlərin baş vermə risklərini artıran, insan həyatı və qlobal iqtisadi sabitliyi təhdid edən iqlim dəyişikliyi ilə mübarizədə ambisiyaların yüksəldilməsi və fəaliyyətin artırılmasına hədəfləndiyi qeyd olunub.
 

Bu istiqamətdə, iqlim maliyyəsi sahəsində mövcud boşluğun aradan qaldırılaraq, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına uyğun şəffaf və əlçatan mexanizmlərin yaradılmasının maliyyə resurslarının cəlbi qədər vacib olduğu qeyd olunub.


“Yaşıl dünya naminə həmrəylik” çağırışı ilə Bakıda keçirilən COP29-un iqlim maliyyəsi gündəliyinin transformasiyası baxımından vacib fürsət olduğu vurğulanıb və bu istiqamətdə COP29-un uğuruna dair ümidvarlıq ifadə olunub.



Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Noyabr 2024 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri