Icma.az
close
up
RU
COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və tərəfdaşlığı ilə iqlim məsələlərinə həsr edilmiş tədbirlər, beynəlxalq qurumların və digər ölkələrin rəsmiləri ilə görüşlər keçirilib. Həmçinin, COP29-un keçirildiyi Mavi və Yaşıl zonalarda "Ticarət və İnvestisiya Evi" stendləri yaradılıb.

Oxu.Az xəbər verir ki, bununla yanaşı, İqtisadiyyat Nazirliyinin Aparatı, strukturuna daxil olan və tabeliyindəki qurumlar tərəfindən beynəlxalq tərəfdaşlar və digər ölkələrin rəsmiləri ilə görüşlər keçirilib, iqlim fəaliyyəti üzrə əməkdaşlığın inkişafı müzakirə olunub, Nazirliyin nümayəndələri müxtəlif tədbir və panel müzakirələrdə çıxış ediblər.

İqlimə dair mühüm sənədlər və təşəbbüslər

"Dayanıqlı gələcəyin gücləndirilməsi: maliyyə vasitəsilə yaşıl inkişafa təkan" mövzusunda tədbirdə inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə investisiya yatırmaq məqsədilə Azərbaycanın təşəbbüsü olan İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu barədə təqdimat olub. Fondun kapitalının karbohidrogen ehtiyatlarına sahib olan ölkələrin, eləcə də şirkətlərin könüllü ianələri sayəsində formalaşdırılması nəzərdə tutulur.

İqlim hədəflərinin dəstəklənməsi məqsədilə İqlim Maliyyəsi, Sərmayə və Ticarət üzrə Bakı Dialoqu Təşəbbüsünə (BICFIT Dialoqu) start verilib. Bununla bağlı tədbirdə BICFIT Dialoqu üzrə Birgə Bəyannamə qəbul edilib. Sənəddə qeyd olunur ki, BICFIT Dialoqu iqlim məsələlərinə kompleks yanaşmaların inkişafına dəstək olmaq, iqlim sərmayələrini təşviq etmək və dialoq vasitəsilə həll yollarını birgə müəyyənləşdirmək üçün qlobal platforma rolunu oynayacaq.

İqtisadiyyat Nazirliyinin və Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq əsasında hazırlanmış qlobal Yaşıl artım portalının təqdimatı keçirilib. Portal qlobal enerji keçidi iştirakçılarına hər bir ölkənin yaşıl inkişaf imkanlarını müəyyən etməyə və bundan faydalanmağa kömək edəcək.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə CAREC-ə üzv ölkələr arasında İqlim, innovasiya və ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi imzalanıb. Bəyannamə iqlim riskinə hazırlıq, su, enerji və qida təhlükəsizliyi, aşağıkarbonlu həllər, iqlim fəaliyyəti istiqamətində tərəfdaşlığın gücləndirilməsini hədəfləyir.

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində keçirilən tədbirdə İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığının yaradılmasına dair Bakı Nazirlər Bəyanatı imzalanıb. Bəyanat innovasiya, davamlılıq və yaşıl inkişaf üçün ortaq baxışı ortaya qoyur.

SPECA çərçivəsində tədbirdə Çoxtərəfli Etimad Fondunun açılışı elan edilib. Fond iqlim dəyişikliyi, iqtisadi inteqrasiya və davamlı inkişaf kimi ortaq problemləri həll etmək üçün çevik mexanizm rolunu oynayacaq. Həmçinin, İqlim və İnnovasiya Dialoqunun yaradılmasına dair Bakı Birgə Nazirlər Bəyanatı imzalanıb. Sənəddə qeyd olunur ki, Dialoq aşağıkarbonlu, dayanıqlı iqtisadiyyatlara keçidə stimul yaradacaq.

Avropa Yenidənqurma və İnkişaf Bankının SPECA regionu üzrə Yaşıl Şəhər Liderlərinin Dəyirmi Masasında isə İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumu üzrə Niyyət Bəyanatı imzalanıb. Sənədə əsasən iqlim sahəsi üzrə ümumi məqsədlərin reallaşdırılması üçün iştirakçı şəhərlər sıx əməkdaşlıq edəcəklər.

İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində dairəvi iqtisadiyyat üzrə Nazirlər Görüşündə Bakı resurs səmərəliliyi və dairəvi gündəlik üzrə Bəyannamə və İƏT regionunda resursların davamlılığı və dairəvi iqtisadiyyat üzrə regional təşəbbüsün başlanmasına dair Birgə Bəyanat qəbul edilib.

Aktual müzakirələrə həsr edilmiş tədbirlər

İqtisadiyyat Nazirliyi, AZPROMO və Dünya İqtisadi Forumunun təşkilatçılığı ilə "Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər" mövzusunda Dünya İqtisadi Forumu ilə Yüksəksəviyyəli Sessiyada bütün dövlət, şirkət və vətəndaş cəmiyyəti qurumları ortaq məsuliyyəti qəbul etməyə və konkret fəaliyyət planları ilə iqlim dəyişikliklərinə qarşı mübarizəyə qoşulmağa çağırılıb.

İqtisadiyyat Nazirliyinin beynəlxalq qurumlarla tərəfdaşlığı əsasında Biznes, İnvestisiya və Xeyriyyəçilik İqlim Platforması təşkil olunub. Tədbir çərçivəsində sessiyalarda innovativ maliyyə həlləri, karbonsuzlaşma, inkişaf etməkdə olan ölkələr üçün maliyyə axınlarının təşviqi, beynəlxalq şirkətlərin dayanıqlı inkişaf öhdəlikləri, iqlim fəaliyyətini sürətləndirən dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi və s. müzakirə edilib.

"Dövlət-özəl əməkdaşlığı: iqlim fəaliyyətlərində investisiya imkanlarının genişləndirilməsi" mövzusunda panel iclasda "ağıllı" iqlim infrastrukturunun qurulması üçün müxtəlif maliyyə alətlərindən istifadə imkanlarının genişləndirilməsi müzakirə olunub.

İqtisadiyyat Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkilatçılığı ilə "Dövlət-özəl tərəfdaşlıqlarının su ehtiyatlarının idarə edilməsində rolu" adlı panel müzakirədə su infrastrukturu layihələrində innovasiya, səmərəlilik və dayanıqlılıq prinsiplərinin tətbiqi müzakirə edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təşkil edilmiş "Karbon qiymətqoyma: mövcud problemlər və yeni strategiyalar" mövzusunda panel müzakirədə karbon emissiyaları ilə mübarizənin effektiv üsulları müzakirə edilib. Dövlət Vergi Xidməti, həmçinin "Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi (CBAM)" mövzusunda dəyirmi masa, "PwC Azərbaycan" və "Extreme Hangout" şirkətləri ilə birgə "Ədalətli keçiddə vergi siyasətinin rolu" mövzularında müzakirələr təşkil edib.

Bununla yanaşı, COP29 çərçivəsində ölkəmizdə yaşıl iqtisadiyyata töhfə verəcək mühüm layihələr üzrə razılaşmalar imzalanıb, KOB-ların iqlim fəaliyyətində rolu, iqlim üzrə rəqəmsallaşma məsələləri barədə müzakirələr aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Noyabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see325

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see248

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see215

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see195

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see190

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see183

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see176

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see136

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see132

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see132

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see130

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see128

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see127

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri