Icma.az
close
up
RU
COP29 çərçivəsində panel müzakirə keçirildi FOTOLAR

COP29 çərçivəsində panel müzakirə keçirildi FOTOLAR

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dayanıqlı gələcək üçün irsin inkişafı: kənd təsərrüfatı, mədəniyyət və dayanıqlığın iqlim dəyişikliyinə uyğunlaşması” mövzusunda panel müzakirə keçirilib. 

Adalet.az xəbər verir ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının(ICESCO)Mavi Zonada yerləşən pavilyonunda baş tutan tədbirdə iqlim dəyişikliyinin həlli, biomüxtəlifliyin qorunması, təbii ehtiyatların idarə edilməsi və sosial-mədəni dəyərlərin təşviqi üçün kənd təsərrüfatı irsinin müasir təcrübələrlə inteqrasiyası yolu ilə davamlı inkişafa vahid yanaşmanın formalaşdırılması məsələləri müzakirə olunub. 

Panel iclasın moderatorluğunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli edib. İclasda Azərbaycan Respublikası kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktorunun köməkçisi Manuel Barange, ICESCO-nun Baş direktorunun müşaviri Heşam Əl-Əskəri çıxış ediblər. 
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli müasir çağırışlar fonunda ənənəvi kənd təsərrüfatı təcrübələrinininnovativ texnologiya və həllərlə inteqrasiyasını dəstəkləyən iqlimə uyğun ağıllı kənd təsərrüfatı siyasətlərinin inkişafının zəruri olduğunu diqqətə çatdırıb. Aqrar fəaliyyət nəticəsində kənd təsərrüfatı ənənələri və mədəni irsin qarşılıqlı inkişaf etdiyini deyən Azad Cəfərli bu amilin gələcəkdə də uğurlu fəaliyyət üçün möhkəm bünövrə olmaqla müasir texnologiyaların tətbiqinə müsbət təsir edəcəyini vurğulayıb. 

Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Ənənənin innovasiya ilə inteqrasiyası: Azərbaycanın dayanıqlıkənd təsərrüfatına çoxşaxəli yanaşması” mövzusuna toxunub. Azərbaycanın kənd təsərrüfatı irsi və onun biomüxtəlifliyinin qorunması və suyun idarə olunmasında rolu, dəyişən iqlim şəraitinə uyğunlaşma üçün ənənəvi əkinçilik texnikalarının müasir texnologiyalarla birləşdirilməsi üzrə uğurlu tədqiqatlarından bəhs edib. 

Nazir Məcnun Məmmədov bildirib ki, zəngin tarixə və köklü əkinçilik ənənələrinə malik ölkə olan Azərbaycanda müxtəlif bitkilərin becərilməsi üçün əlverişli iqlim şəraiti mövcuddur. Bununla belə, bütün dünyada olduğu kimi iqlim dəyişikliyi Azərbaycana da təsir edir. Son illərdə ölkədə quraqlıq, su qıtlığı, eləcə də qeyri-müntəzəm yağıntılar tez-tez müşahidə olunur. Nazir Azərbaycanda aqrar sektorun iqlim dəyişikliyinə adaptasiyası üçün həyata keçirilən tədbirlərə toxunub, ölkəmizdə ətraf mühitin mühafizəsi, torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində davamlı işlərin aparıldığını diqqətə çatdırıb. Su ehtiyatlarının böyük hissəsinin ölkədən kənarda formalaşdığını deyən nazir innovativ yanaşma və müasir texnologiyalar,su sistemlərinin iqlim dəyişikliyi ilə mübarizədə çox vacib rol oynadığını, Azərbaycanda hazırda irriqasiya sistemlərinin müasirləşdirilməsi, daha səmərəli su idarəetmə sistemlərinin yaradılması proseslərinin davam etdiyivurğulayıb. Bununla yanaşı, kənd təsərrüfatı istehsal proseslərində rəqəmsal və texnoloji yeniliklərdən istifadə stimullaşdırılır, dəqiq əkinçilik metodlarına, aqrar sahədə innovativ təcrübələrin tətbiqinə üstünlük verilir, torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması məqsədilə genişmiqyaslı və sistemli tədbirlər görülür. Azərbaycan hökuməti tərəfindən ərzaq təhlükəsizliyinin təmin edilməsi, fermerlərin rəqabət qabiliyyətinin yüksəldilməsi və dayanıqlı kənd təsərrüfatının yaradılması istiqamətində dəstək tədbirləri davam etdirilir. 

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki iqlimə uyğun kənd təsərrüfatı, biomüxtəlifliyin qorunması, suyun idarə edilməsinin əhəmiyyətinə toxunub. ICESCO rəsmisi biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, torpaqların deqradasiyası və su qıtlığının aqro-ərzaq sistemlərinə böyük təhdidlər yaratdığını qeyd edib. Müasir çağırışlar fonunda dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıb.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktorunun köməkçisi Manuel Barange, ICESCO-nun Baş direktorunun müşaviri Heşam Əl-Əskəriyeni çağırışlara cavab olaraq torpaq və su resurslarından səmərəli istifadə, resursqoruyucu yanaşmaların tətbiqi, ətraf mühitin mühafizəsi, dayanıqlı və innovativ təsərrüfatçılıq ənənələri, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, yerli genefond materialların toplanması, saxlanması və onların artırılması, bu istiqamətlərdə təcrübə mübadiləsi ilə bağlı fikirlərini bölüşüblər. 

Panel müzakirələr sual-cavab formatında davam etdirlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Noyabr 2024 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see858

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see289

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see281

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see279

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see277

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see253

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see240

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see207

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see204

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see196

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see196

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see193

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see192

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see192

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see178

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see170

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see165

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri