Icma.az
close
up
RU
COP29 çərçivəsində təhsil müzakirəsi FOTO

COP29 çərçivəsində təhsil müzakirəsi FOTO

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Təhsil və təqaüdlərin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında rolu” mövzusunda müzakirə keçirilib. 
Modern.az xəbər verir ki, müzakirədə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov iqlim dəyişikliklərinin təhsilə təsirinin aktual məsələlərdən biri olduğunu vurğulayıb. Fond sədri TİF-in tərəfdaşları sırasında “NEQSOL Holding”, STP Şirkətlər Qrupu, SOCAR, bp kimi böyük enerji şirkətlərinin olduğunu və onların hər birinin siyasətində yaşıllaşdırma, təhsil vasitəsilə maarifləndirilmənin artırılması, yaşıl bacarıqların, dəyərlərin formalaşdırılması sahəsində mühim addımlar atdıqlarını diqqətə çatdırıb. Xüsusi ilə təhsil sahəsində dövlət-özəl əməkdaşlığının önəmini vurğulayan Elnur Nəsibov, maraqlı tərəfləri bu sahədə birgə tərəfdaşlığa dəvət edib.
“NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə iqlim dəyişikliklərinin aradan qaldırılmasında təhsilin vacib rolunun olduğunu vurğulayıb. O qeyd edib ki, “NEQSOL Holding” hər zaman təhsillə bağlı təşəbbüsləri dəstəkləyib. “NEQSOL Holding” Azərbaycanda bir neçə təhsil müəssisəsinin təmirini həyata keçirib, tələbələrə təqaüdlərin verilməsində iştirak edib. Təhsilin İnkişafı Fondu ilə birgə həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının da təhsilə dəstək sahəsində uğurlu nümunələrdən biri olduğu vurğulanıb. İ.Əhmədzadənin təhsillə bağlı məsələlərin həllinin təkcə dövlətin üzərinə düşməli olduğunu deyil, özəl qurumların da bu istiqamət üzrə təşəbbüskar olmalarını və dövlətlə sıx əməkdaşlıq etmələrini bildirib.
Ümumdünya Səhiyyə Təşkilatı Fondunun Baş icraçı direktoru Anil Soni insanların, xüsusilə gənclərin bəzən özlərini iqlim dəyişikliyinin təsirlərindən kənarda, gücsüz hiss etdiklərini qeyd edib. Bu təsirlərin aradan qaldırılması üçün hazırda yeni imkanların axtarıldığını vurğulayan Anil Soni əlavə edib ki, hamı iqlim dəyişikliyinin şiddətləndirici təsirinin olmaması üçün çalışmalı, bunun üçün hansı imkanlar yarada biləcəyini araşdırmalıdırlar. Anil Soni bütün bu məsələlərin bir fərd və ya bir qrup tərəfindən təkbaşına həll edilə bilməyəcəyini və insanları potensiallarının imkanlarından daha geniş istifa edərək,  bu çağırışlara cavab verməyə səsləyib. 
“NEQSOL Holding”in departament rəhbəri Dilarə Cəfərli tədqiqatlara əsasən, yoxsulluğun aradan qaldırılmasında təhsilin dəyişdirici güc olduğunu, qızlara təhsilverən məktəblərin icmaları “yoxsulluğun amansız dövründən” “imkanlar dövrü”nə qədər inkişaf etdirdiyini bildirib.  Dilarə Cəfərli qızlara təhsilin verilməsi ilə bağlı təşəbbüslərin davamlı təsirlər yaratdığını, o cümlədən iqtisadi şəraitin, sağlamlıq göstəricilərinin yaxşılaşdırılması və cəmiyyətin rifahının gücləndirilməsinə töhfə verdiyini vurğulayıb. 
Tədbirdə daha sonra iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Noyabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri