Icma.az
close
up
RU

COP29 çərçivəsində Turizm Sahəsində Gücləndirilmiş Fəaliyyət Mövzusunda görüş keçirilib

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Turizm iqlim dəyişikliyi ilə mübarizədə katalizator rolunu oynaya bilər".

APA xəbər verir ki, bunu COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində Turizm Sahəsində Gücləndirilmiş Fəaliyyət Mövzusunda Yüksək Səviyyəli Görüşündə deyib.

"Turizm müxtəlif ölkələrdə vacib gəlir mənbəyidir. Amma onun atmosferə buraxılan karbon emissiyalarında da payı var. İqlim dəyişikliyi problemi turizmə mənfi təsir edir. Bizim ən başlıca məqsədimiz turizmin qlobal iqlim gündəminə daxil olmasıdır. Turizm elə bir sahədir ki, bir sıra dövlətlər bunu özlərinin vacib gəlir mənbəyinə çevirib. Onu da qeyd etməliyəm ki, atmosfer təbəqəsinə atılan karbonun bir hissəsi də bu sahənin payına düşür. Üstəlik, iqlim dəyişikliyi turizm sahəsinə mənfi təsir göstərir. Bu mənada turizmin qlobal iqlim gündəminə daxil olması üçün çalışacağıq", - deyib.

BMT-nin Turizm Bürosunun baş katibi Zurab Pololikaşvili iqlim dəyişikliyi və təbiətin mühafizəsi sahəsində əməkdaşlıq kimi turizm sektorunda da tərəfdaşlığın vacibliyindən danışıb:

"Hesab edirəm ki, iqtisadiyyatın inkişafına təkan verən vacib sahələrdən biri də turizm sahəsidir. Ona görə də BMT-yə üzv olan və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında iştirak edən ölkələr bir-biri ilə bu sahədə əlaqələrin daha da inkişafına təkan verəcək addımlar atmalı, xüsusilə də özəl sektorun bu sahədəki təşəbbüsləri dəstəklənməlidir. İqlim dəyişikliyi probleminin aktuallığı nəzərə alınaraq bu barədə məlumatlar orta ümumtəhsil dövrünün proqramlarına daxil edilməli və ayrıca fənn kimi tədris olunmalıdır. Azərbaycan turizm cəhətdən çox cəlbedici bir ölkədir. Mən düşünürəm ki, burada turizmin daha inkişafı üçün mükəmməl imkanlar var. Ümumiyyətlə isə bütün iştirakçı ölkələrin turizm potensialının artırılmasına diqqət göstərilməlidir".

UNEP-in icraçı direktoru İnqer Andersen turizm sektorunun iqlim dəyişikliyi problemindən zərər görməməsi üçün operativ tədbirlərin önəminə diqqət çəkib:

"Azərbaycan özünün mədəniyyəti, dili, insanları ilə çox mükəmməl ölkədir. Bura elə bir ölkədir ki, bir dəfə turist kimi səfərə gələn ikinci dəfə Azərbaycana qayıtmaq istəyir. Bəli, iqlim dəyişikliyi çox ciddi problemdir. Bu problemin təsir göstərdiyi sahələrdən biri də turizm sektorudur. Belə demək olarsa, turizm həm də iqlim dəyişikliyinin qurbanıdır. Hazırkı məqamda iqlim dəyişikliyi problemi turizm sahəsinin də diqqətdə saxlanılmasını tələb edir. Düşünürəm ki, tərəflərin Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasının yekun sənədi ilə bağlı razılığa gəlməsi bütün ölkələrdə turizm sektorunun inkişafına təkan verəcək".

Dövlət Turizm Agentliyin İdarə Heyətinin sədri Fuad Nağıyev turizmin iqlim dəyişikliyi probleminin həllinə təkan verəcəyinə ümid ifadə edib:

"Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasını qəbul etməklə, iqlimin dəyişikliyinin iqtisadiyyatın bütün sahələrinə göstərdiyi təsirlərin azaldılması üzrə qlobal fəaliyyətə töhfə verilməsində maraqlı olduğunu göstərdi. Biz ümid edirik ki, turizm sektoru iqlim dəyişikliyi probleminin həllində aparıcı qüvvə olacaq. Ümid edirik ki, sözügedən Konfransın yekun sənədi həm də ölkələrdə turizmin inkişafına geniş təkan verəcək. Azərbaycan bu tədbiri qəbul etməklə, iqlim dəyişikliyi ilə bərabər qlobal səviyyədə turizmin inkişafında da maraqlı olduğunu göstərdi. Mən bu konfransın iştirakçı ölkələrdə turizmin inkişafı üçün geniş imkanlar açacağına inanıram".

Braziliyanın turizm naziri Selso Sabino da planetin turizm potensialında inkişafa əngəl olan amillərdən söz açıb:

"Dünyanın müxtəlif ölkələrində insanlar çox ağır şəraitdə yaşayır, uşaqlar çox çətin şəraitdə məktəbə getməyə məcbur olurlar. Bildiyiniz kimi turizmin inkişafına təkcə iqlim amilləri deyil, həm də sosial problemlər mane olur. Bu problemləri başqa heç kim yox, biz özümüz həll etməliyik. Onun aradan qaldırılması yolu digər şərtlərin təmin olunması ilə yanaşı, həm də tərəflərin iqlim maliyyəsi sahəsində razılığa gələ bilməsidir".

Tədbir iqlim gündəliyinin turizm sektoruna təsiri ilə bağlı fikirləri ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Noyabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri