Icma.az
close
up
RU
COP29 çərçivəsində xarici jurnalistlər üçün qoruqlara mediatur təşkil edilib

COP29 çərçivəsində xarici jurnalistlər üçün qoruqlara mediatur təşkil edilib

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkəti ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna birgə mediatur təşkil edib.

Oxu.Az xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, budəfəki mediatura qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti və adət-ənənələrinin gələcək nəslə ötürülməsində mühüm rol oynayan "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğundan başlayıblar. Jurnalistlərə açıq səma altında yerləşən "Qala" Arxeoloji-Etnoqrafik Muzey Kompleksində xalçaçılıq, dulusçuluq kimi qədim sənət nümunələri təqdim edilib. Onlar qoruq ərazisində yerləşən məscid, hamam, habelə memarlıq və arxeoloji abidələrlə tanış olublar.

Xarici media nümayəndələri, həmçinin "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edərək qədim abidənin tarixi haqqında ətraflı məlumat alıblar. Bildirilib ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən "Atəşgah məbədi" bütün dünyada tanınır, yerli memarlıq ənənələri üslubunda tikilmiş məbəd özündə qədim od səcdəgahlarının cizgilərini birləşdirir.

Qonaqlar Abşeronun Məhəmmədi kəndində yerləşən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedərək dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan möcüzəni də müşahidə ediblər. Qeyd olunub ki, burada Yanardağla yanaşı, "Qurd yuvası" mağarası, çoxəsrlik tarixə malik iki qəbiristanlıq, kükürdlü su bulağı, hələ də aktiv olan Qırməki palçıq vulkanı və digər maddi-mədəni irs nümunələri mövcuddur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Noyabr 2024 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see112

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri