Icma.az
close
up
RU
COP29 ekoloji problemlərin həlli və yaşıl dünya naminə həmrəyliyə qlobal çağırışdır ŞƏRH AZƏRTAC

COP29 ekoloji problemlərin həlli və yaşıl dünya naminə həmrəyliyə qlobal çağırışdır ŞƏRH AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsi qürurverici hadisədir, ölkəmizin növbəti tarixi nailiyyətidir. Konfransda dünyanın 196 ölkəsindən 72 min nümayəndə iştirak edir. Bu, dünyada ikinci ən böyük ali təsisat olan Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyümüz və sədrliyimizdən sonra xarici siyasətimizin ən böyük uğuru hesab edilə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru Aydın Kazımzadə söyləyib.

Alim bildirib ki, sözügedən beynəlxalq konfransın Bakıda keçirilməsi qərarı və Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi heç də təsadüfi deyil. Uzun illərdir ki, Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir, bu istiqamətdə mühüm işlər görür və bu fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Professor Aydın Kazımzadə qeyd edib ki, ölkəmizdə ekoloji siyasətin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev bütün həyatı boyu çoxşaxəli fəaliyyətinin bir istiqaməti kimi təbiətin mühafizəsini, Azərbaycanın bioloji müxtəlifliyinin qorunmasını, ekoloji problemlərinin həllini, unikal təbiət abidələrinin qorunmasını daim diqqət mərkəzində saxlayıb, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşıb. Ulu Öndər həmişə deyirdi ki, “təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir”.

Hələ sovet dönəmində Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizin təbiətinin sağlamlığına yönəlmişdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Heydər Əliyev təbiətin qorunmasını və Azərbaycan Respublikasının ekoloji problemlərini bir daha ön plana çəkib, bu sahədə mövcud olan çatışmazlıqlara xüsusi diqqət ayırıb. Bir sıra qanunvericilik sənədləri yenidən işlənərək təkmilləşdirilib və qəbul edilib. Ölkəmiz beynəlxalq konvensiyalara qoşulub.

Ulu Öndərin ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, görülən işlər ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində yeni uğurların əldə olunmasına təkan verib.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri kimi müəyyən edilmiş “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritetinə uyğun olaraq, ətraf mühitin qorunması və sağlamlaşdırılması, yaşıllıqların bərpası, su ehtiyatlarından və bərpaolunan enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və biomüxtəlifliyin qorunub saxlanılması istiqamətlərində intensiv işlər görülür. Otuz ilə yaxın müddətdə ekoloji terrora, ekosid və urbisidə məruz qalmış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ekosistemin bərpası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

“Şübhəsiz ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də ölkəmizdə yaşıl iqtisadiyyatın, yaşıl enerjinin, yaşıl texnologiyaların tətbiqinə, geniş mənada yaşıl artıma hesablanmış strateji addımdır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla ölkəmiz qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub, sağlam gələcək, yaşıl dünya naminə daim lazımi tədbirlər görür, bu istiqamətdə üzərinə düşən öhdəlikləri və vəzifələri layiqincə yerinə yetirir, 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə bu miqdarın 40 faiz azaldılmasını planlaşdırır.

Bu gün dünyanı narahat edən ətraf mühit, qlobal istiləşmə, havanın təmizliyi ilə bağlı bir sıra məsələlər yalnız bir ölkənin deyil, ümumilikdə Yer kürəsindəki bütün dövlətlərin problemidir. Eyni zamanda, ekoloji problemlərin həlli bu sahədə insanların maarifləndirilməsini və bu prosesdə cəmiyyətin bütün üzvlərinin iştirakını tələb edir. Bu baxımdan hesab edirik ki, COP29 bütün ölkələr və cəmiyyətlər üçün ekoloji problemlərin həlli və yaşıl dünya naminə həmrəyliyə qlobal çağırışdır.

İnanırıq ki, bu çağırış, o cümlədən konfransda müzakirə edilən məsələlər və qəbul edilən qərarlar təmiz ətraf mühit və yaşıl artımın təmin edilməsi istiqamətində daha böyük uğurların əldə edilməsi və qlobal baxımdan bütün dünya dövlətləri üçün COP29-dan faydalanmaq imkanı yaradacaq”, - deyə professor Aydın Kazımzadə qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri