Icma.az
close
up
RU
COP29 dünya birliyinə örnək olacaq ŞƏRH AZƏRTAC

COP29 dünya birliyinə örnək olacaq ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 15 noyabr, AZƏRTAC

Bu günlər Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Dövlətimiz bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edib. Noyabrın 12-də BMT-nin Baş katibinin iştirakı ilə COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib. Prezident İlham Əliyev həmin mərasimdə çıxış edib. Növbəti günlərdə də COP29 müxtəlif mövzularda işini davam etdirir. Belə bir mötəbər tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi təsadüfi deyil. İndiki dönəmdə hansısa bir ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Eyni zamanda, dünya birliyinin inamının Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində qazandığı zəngin təcrübədən qaynaqlandığını bildirən deputat əlavə edib: “Liderlər Sammitindəki çıxışında ötən ilin dekabrında Dubayda baş tutan COP28 çərçivəsində beynəlxalq birliyin yekdilliklə COP29-a ev sahibliyi hüququnu Azərbaycana verməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük”. Dövlətimizin başçısı çıxışında, həmçinin hazırkı dönəmdə dünya üçün aktuallığı heç vaxt olmadığı qədər artan iqlim çağırışlarına Azərbaycanın həssas yanaşmasını, ölkəmizin daim qlobal təhdidlər qarşısında beynəlxalq həmrəyliyin gücləndirlməsi təşəbbüslərindən çıxış etdiyini, bu və ya digər məsələlərdə yüksək fəallıq göstərdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev çıxışında Ermənistanın 30 illik işğalçılıq siyasətinin ölkəmizə vurduğu ziyandan, Azərbaycanın öz gücünə torpaqlarımızı işğaldan azad etməsindən də bəhs edib”.

Pərvin Kərimzadənin sözlərinə görə, ölkəmiz beynəlxalq birliyə iqlim çağırışları ilə bağlı müzakirələrin aparılması üçün böyük bir platforma təqdim edib. Bakıda COP29-un yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də qiymətləndirilir, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunur. Yüksəksəviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə ümidvarlıqlarını bildirirlər.

Eyni zamanda, Prezident İlham Əliyevin bildirdiyi kimi, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq. Dünyada ikili standartların, ayrı-seçkilik hallarının, irqçiliyin, islamofobiyanın, ksenofobiyanın hökm sürdüyü kədərli mənzərə ilə müqayisədə, Azərbaycan reallığı tamam fərqlidir. Onilliklər ərzində qonşu dövlətin işğalçılıq siyasətindən əziyyət çəkmiş Azərbaycanın hazırkı narahat dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Ölkəmiz, həmçinin müstəqillik illərində qonşu dövlətlərlə və transmilli şirkətlərlə birlikdə reallaşdırdığı layihələrlə də Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qurulmasına sanballı töhfələrini verir. Azərbaycanın təşəbbüsləri və fəal iştirakı ilə həyata vəsiqə alan bu layihələr əsasən enerji və nəqliyyat sektorlarını əhatə edir. Bu layihələrin önəminə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.

Deputat qeyd edib ki, Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsi müəyyən Qərb dövlətlərini, erməni lobbisini ciddi narahat edir: “Bu səbəbdən də, həmin dairələr xeyli müddətdir ki, ölkəmizə qarşı qərəzli kampaniya aparır. Başda Fransa olmaqla bəzi Qərb ölkələri və erməni lobbisinin yuvası olan Avropa Parlamenti hər vəchlə çalışırdılar ki, COP29 Azərbaycanda keçirilməsin. Onların çağırışına dünya birliyi cavab vermədi. Prezident İlham Əliyev çıxışı zamanı həmin dairələri məyus edən faktlar səsləndirdi. Beləliklə, bir daha təsdiqləndi ki, Qərb dairələrinin bu cür ucuz kampaniyalarının ölkəmizə qarşı heç bir beynəlxalq təsiri və əhəmiyyəti mümkün deyil. Azərbaycan belə oyunlar, qarayaxma kampaniyaları və eyni tipli hallarla bir neçə illər öncə “Avroviziya” yarışması, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlərə ev sahibliyi etdiyi ərəfələrdə də rastlaşıb. Respublikamız öz nümunəvi və peşəkar təşkilatçılığı, möhkəm intizamı və əsil həmrəylik istedadı ilə bütün beynəlxalq sammit və tədbirləri yüksək səviyyədə keçirərək dünyanın nüfuzlu təşkilatları tərəfindən mükafatlandırılıb. Ona görə də COP29 iqlim sammitinin Azərbaycanın unikal bacarığı və qətiyyətli iradəsi ilə dünya birliyinə örnək olması şübhə doğurmur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see285

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see251

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see242

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see221

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see219

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see216

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see210

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see209

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see209

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see205

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see204

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see198

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see181

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see179

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see172

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see167

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see166

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri