COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində beynəlxalq elmi konfrans keçirilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində “ELM” ictimai birliyinin sədri Səbuhi Abdullayevin rəhbərliyi ilə “Yaşıl Şuşa-Yaşıl dünya gənc alimlərin elmi tədqiqatlarında” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə sentyabrdan başlayaraq 3 ay müddətində davam edib.
Layihədə 70-dən çox alim və tədqiqatçının tezislərindən ibarət konfrans materialları çap edilib. Tezislərin arasında mühüm araşdırma tələb edən, eləcə də süni intellektə əsaslanan bir çox elmi iş yer alıb.
Tədbirdə, həmçinin rənglərin, incəsənətin ekologiyada oynadığı rolla bağlı təqdimatlarda çıxışlar dinlənilib.
Konfrans çərçivəsində 30-dan çox gənc tədqiqatçı Xankəndi və Şuşa şəhərlərinə səfər edib, Qarabağ Universitetini, Cıdır düzünü, İsa bulağını, Ağdam Cümə məscidini ziyarət ediblər.
Layihənin sonunda iştirakçılara rəsmi sertifikatlar təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 22 Noyabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















