Icma.az
close
up
RU
COP29 ərəfəsində ən çox kiberhücuma məruz qalan saytlar açıqlanıb

COP29 ərəfəsində ən çox kiberhücuma məruz qalan saytlar açıqlanıb

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən davamlı kiberhücumlar müşahidə olunub. Bu kiberhücumların həcminə və sorğu sayına görə böyük əksəriyyəti “cop29.az” internet informasiya ehtiyatına yönəlib.

Bunu COP29 ərəfəsində Azərbaycanın internet resurslarına olan kiberhücumların sayı ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

Qeyd olunub ki, ümumillikdə tədbir dövründə XRİTDX tərəfindən 1,09 milyard sorğu qeydə alınıb.

“COP29 informasiya ehtiyatlarına yönəlmiş sorğuların 97 faizi kiberhücum məqsədli olduğuna görə XRİTDX tərəfindən dərhal bloklanması həyata keçirilib. Həmin dövr ərzində COP29 informasiya ehtiyatları ilə yanaşı digər dövlət qurumlarının informasiya sistemlərinə də kiberhücum cəhdləri müşahidə olunub.

Ən çox hücum “cop29.az” saytına və “gov.az” zonasının Adların Domen Sisteminə (Domain Name System) - DNS-lərinə müşahidə olunub. Eləcə də, XRİTDX-nin Data Mərkəzində yerləşən dövlət qurumlarına məxsus bir sıra serverlərə və “president.az” saytına çoxsaylı kiberhücümlar qeydə alınıb. Belə ki, “gov.az” zonası üçün domen sisteminə bu müddət ərzində 14,5 milyon ədəd fərqli IP-lərdən çoxsaylı sorğular göndərilərək, şəbəkə avadanlığının resurslarını istehlak edib, legitim trafikin emalında çətinlik yaradan kiberhücum (“DNS flood”) tipli kibersorğular qeydə alınıb. Eləcə də bir sıra dövlət saytlarına, o cümlədən “president.az” və digər hostinq sistemlərinin informasiya ehtiyatlarına 7,48 Gbps həcmli fərqli IP-lərdən irihəcmli paketləri göndərərək şəbəkə kanalını yükləməklə resursları əlçatmaz edən xüsusi hədəfləmiş kiberhücum (volumetrik DDOS hücumları) cəhdləri müşahidə olunub”, - deyə sorğuya cavabda bildirilib.(azərtac)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Noyabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri