Icma.az
close
up
RU
COP29 I Leyla Əliyeva panel müzakirələrində iştirak

COP29 I Leyla Əliyeva panel müzakirələrində iştirak

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyeva nəsli kəsilməkdə olan bioloji növlərin mühafizəsinin qlobal ekosistemin və biomüxtəlifliyin qorunmasında vacib rol oynadığını qeyd edib. Leyla Əliyeva vurğulayıb ki, canlı orqanizmlərin məhv olunmasının qarşısının alınması beynəlxalq həmrəylik və əməkdaşlıq mühitində birgə addımların atılmasını tələb edən qlobal çağırışdır.
Sonra tədbir iştirakçılarına Cənubi Qafqazın zəngin təbiəti və buraya xas olan, lakin nəsli kəsilmiş bir sıra heyvan növləri barədə məlumat verilib.
IDEA İB tərəfindən 2011-ci ildən etibarən icra olunan fəaliyyətlərə toxunan Leyla Əliyeva bildirib ki, nadir canlıların qorunması, ölkəmizə xas nadir heyvan və bitki növlərinin mühafizəsi, eləcə də onların populyasiyasının bərpası təşkilatın əsas fəaliyyət istiqamətləri sırasında xüsusi yer tutur. IDEA İB-nin təsisçisi və rəhbəri BTMİ ilə əməkdaşlıq çərçivəsində 2012-ci ildə geniş ictimaiyyətə təqdim olunmuş Qafqazın “Böyük Beşliyi” layihəsini qeyd edib. Bildirilib ki, Qafqaz bəbiri, ceyran, qonur ayı, boz canavar və imperator qartalının populyasiyasının qorunması və artırılması məqsədilə bir sıra addımlar atılıb.
Daha sonra Leyla Əliyeva qeyd edib ki, nəsli kəsilmiş zubrların populyasiyasının bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması məqsədilə 2017-ci ildən etibarən 46 zubr Avropanın müxtəlif ölkələrindən Şahdağ Milli Parkına gətirilib və 2028-ci ilədək zubrların sayının 100-ə çatdırılması nəzərdə tutulub. Eyni zamanda, ceyranların reintroduksiyası layihəsi və digər müvafiq tədbirlər nəticəsində ölkə ərazisində ceyran populyasiyasının 8 minə çatdırıldığı, eləcə də yüz minlərlə nərə balığı körpələrinin Xəzər dənizi və Azərbaycanın digər su hövzələrinə buraxıldığı bildirilib.
BTMİ-nin Şərqi Avropa, Şimali və Mərkəzi Asiya üzrə regional direktoru Oliver Avramoskinin moderatorluğu ilə keçirilən tədbir çərçivəsində çıxış edən BTMİ-nin Baş direktoru Grethel Aguilar, “Conservation International” təşkilatının meşə strategiyası üzrə baş direktoru Jason Funk və “Birdlife International” təşkilatının baş meneceri Cathy Yitong Li BTMİ Qırmızı Siyahısında adları qeyd olunan canlıların mühafizəsi, eləcə də qlobal biomüxtəlifliyin birgə səylər və nəticəyönümlü fəaliyyətlər vasitəsilə qorunmasının əhəmiyyətinə dair fikirlərini müzakirə iştirakçıları ilə bölüşüblər.
AzVision.az
Qalereya
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Noyabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri