“Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız”
Olay.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır”.
OLAY yazır ki, bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.
Cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırladan dövlət başçısı deyib ki, bu həmçinin müxtəlif müharibə və münaqişələrin həllində tətbiq olunmalıdır.
Prezident əlavə edib: “İkili standartlar, həmçinin onunla bağlıdır ki, kimsə sizə həyat tərzi ilə bağlı dərs deməyə çalışır. Bunu etməzdən əvvəl siz güzgüyə baxmalısınız, özünüzdən soruşmalısınız ki, sizin kiməsə mühazirə vermək hüququnuz varmı?”
Dövlət başçısı qeyd edib ki, müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək dərsləri verilməli deyil. Biz bunu bilirik. Biz diqqətimizi daha çox öz ev tapşırığımıza yönəltməliyik. Digər ölkələrdə baş verənlər o insanların, o xalqların öz işidir, bu, bizim işimiz deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 27 Oktyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















