Icma.az
close
up
RU
COP29 İordaniya mediasında geniş işıqlandırılıb

COP29 İordaniya mediasında geniş işıqlandırılıb

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

İordaniyanın aparıcı media qurumları Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) aid çoxlu sayda xəbərlər və videomateriallar yayımlayıb.

Azərbaycanın İordaniyadakı səfirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildiriblər ki, bu ölkənin “Petra” Dövlət İnformasiya Agentliyi, “The Jordan Times”, “Al-Rai”, “Əd-Dustur”, “Ammon News”, “Jordan News”, “Roya News”, “Al-Mamlaka” qəzet və saytlarında, eləcə də “Jordan Tv”, “Roya Tv” və “Mamlaka Tv” televiziya kanallarında COP29 ilə bağlı silsilə məqalə və videomateriallar dərc edilib.

Xəbərlərdə COP29 çərçivəsində keçirilən Liderlər Sammitində İordaniya Kralı II Abdullahı təmsil edən Vəliəhd Şahzadə II Əl-Hüseyn bin Abdullahın tədbirdəki çıxışı, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü barədə ətraflı məlumat verilib. Bundan əlavə, COP29-un Bakıda yüksək səviyyədə təşkil edilməsi, iqlim dəyişmələrinə dair danışıqların uğurla nəticələnməsi və COP29-la bağlı təşəbbüslərin dəstəklənməsi ilə bağlı müsbət rəylər oxuculara təqdim olunub. Azərbaycanın dünyanın prioritet qəbul etdiyi yaşıl enerji layihələri ilə bağlı məlumat verilib, ölkəmizin bu sahədə təcrübəsinin dünyaya çatdırılması məsələləri geniş işıqlandırılıb.

Yerli mediada Vəliəhd Şahzadə Əl-Hüseyn bin II Abdullahın COP29-da iştirakı, Azərbaycanın tarixi və turizm imkanları ilə bağlı faktların yer aldığı videoçarxlar da bu ölkə mətbuatında geniş yayılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 16 Noyabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri