Icma.az
close
up
RU
COP29: “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı panel iclas keçirilib YENİLƏNİB3 VİDEO AZƏRTAC

COP29: “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı panel iclas keçirilib YENİLƏNİB3 VİDEO AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycanın COP29 Sədrliyi çərçivəsində yaradılmış Birgə Təşəbbüs Qrupunun - Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) təşkilatçılığı ilə noyabrın 15-də “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə COP29 Sədrliyinin iqlim dəyişikliyi sahəsində konkret həlləri nəzərdə tutan təşəbbüsləri, eləcə də İqlim və Sülh Fəaliyyəti üzrə Bakı konsepsiyası, həmçinin beynəlxalq sülhə iqlimlə əlaqəli təhlükələrin qarşısının alınması sahəsində əməli addımları ehtiva edən “Bakı İqlim üçün Sülh Çağırışı” ilə bağlı müzakirələr aparılıb.

İtaliya, Misir, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Uqanda nümayəndələri, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanın səylərini gələcəyin təhdidlərinə qarşı əməli addımlar kimi yüksək qiymətləndirib, ölkəmizin təşəbbüslərinə dəstəklərini ifadə ediblər. Eyni zamanda, bu sahədə əməkdaşlığın vacibliyi vurğulanıb. Bildirilib ki, Bakının bu çağırışı intensiv əməkdaşlıq tələb edir. Buna töhfə vermək üçün hər kəsi səyləri birləşdirməyə çağırıblar. Bakı COP-u iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki işlərdə həqiqətən də irəliləyişlərə nail olub.

Diqqətə çatdırılıb ki, sülhü təmin etmək üçün bu gün iqlimlə bağlı məsələlərə maliyyənin yönləndirilməsi olduqca vacibdir. İqlim təhlükəsizliyinin təmin edilməsi Afrikadan başlayır. Yerli aktorlarla, müxtəlif tərəfdaşlarla əməkdaşlıq şəraitində işləmək lazımdır.

İclasda çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iqlim dəyişikliyi və münaqişələr arasında mövcud əlaqə, iqlim dəyişikliyi nəticəsində meydana gələn qida, su qıtlığı, torpaq deqradasiyasının insanların həyat və sağlamlığını təhdid etdiyi, biomüxtəlifliyin pozulması kimi fəsadlar verdiyi və nəticə etibarilə sülh, dayanıqlı inkişafa hədə törətdiyini bildirib. Bu baxımdan, COP29 sədrliyinin artıq 130 ölkə və ümumilikdə 1200 aktor tərəfindən dəstəklənən “Atəşkəs Çağırışı” təşəbbüsünün əhəmiyyəti vurğulanıb. Çıxışda indiyədək keçirilən COP-lar tarixində ikinci dəfə Sülh, Sabitlik və Bərpa Gününün təsis olunması və Almaniya, Misir, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Uqanda ilə iqlim və sülh üzrə birgə tərəfdaşlığın qurulması, habelə iqlim dəyişikliyinin kritik nəticələri ilə bağlı həll yollarını təklif edən Sülh, Sabitlik və Bərpa üçün İqlim Fəaliyyəti üzrə Bakı çağırışının elan edilməsinin vacibliyi qeyd olunub. Bu istiqamətdə, mövcud təklifləri konkret addımlara çevirmək baxımından Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin yaradılmasının, habelə maliyyə və digər texniki resursların səfərbərliyinin xüsusilə kiçik ada, həmçinin az inkişaf etmiş dövlətləri dəstəkləmək baxımından inklüziv nəticələr verəcəyinə dair əminlik ifadə edilib.

Ceyhun Bayramov Azərbaycanın COP29 Sədrliyinin prioritetlərində əks olunduğu kimi iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılması, habelə sülh və inkişafın dəstəklənməsi istiqamətində ən həssas qrupları bundan sonra da dəstəkləməyə davam edəcəyimizi vurğulayıb.

Tədbirdə davamlı sülh üçün birgə fəaliyyətin əhəmiyyətinə toxunulub və Azərbaycan Sədrliyinin irəli sürdüyü təşəbbüslərin həyata keçirilməsində birgə fəaliyyətin vacibliyi vurğulanıb.

İclas mövzu ətrafında müzakirələrlə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see263

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see179

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see130

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri