Icma.az
close
up
RU
COP29 məqsədlərinə çatıb

COP29 məqsədlərinə çatıb

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaradıb


İradə Rizazadə,

Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri


 “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik”.


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.

COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.

Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. Ötən il Dubayda keçirilən COP-28 zamanı Paris sazişinin 6.4 maddəsinin razılaşdırılmasına böyük ümidlər bəslənilsə də, bu, mümkün olmadı. Bakıda isə tərəflər Sazişin 6.2, 6.4 və 6.8 maddələrini razılaşdırmaqla karbon bazarının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tam nəzarəti altında fəaliyyətinə yaşıl işıq yandırdı. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq. Həmçinin bu qərarlar real, əlavə, təsdiqlənə və ölçülə bilən emissiya azalmaları və aradan qaldırılmaları vasitəsilə onların qlobal iqlim investisiyalarını təşviq etmək potensialını da ortaya çıxaracaq.

COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrimin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu.

COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksək səviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrinin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək.

Bundan başqa, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu.

Bütün bunlar isə onu göstərir ki, COP29 məqsədlərinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaradıb.

Bir sözlə, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi sayıla bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see407

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see324

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see263

NASA könüllü astronavtlar axtarır

10 İyul 2026 04:45see233

Mars Fantastik hekayə

09 İyul 2026 19:11see228

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see202

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see172

MİQ üzrə test imtahanlarının tarixləri ELAN EDİLDİ CƏDVƏL

09 İyul 2026 20:59see167

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see164

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see163

Ərdoğan Türkiyənin F 35 qırıcı təyyarələrinin istehsalı proqramına qayıdacağına əmindir

10 İyul 2026 00:03see158

Belçikada ölənləri sayı rekord həddə çatdı

10 İyul 2026 03:42see158

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see157

Bakının prinsipial mövqeyi nəticə verdi: İsrail qərarını dəyişdi

10 İyul 2026 00:35see156

Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı

10 İyul 2026 02:50see155

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see154

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see151

Söz və qələm: Jurnalistikanın əbədi gücü...

10 İyul 2026 14:43see151

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see147

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri