Icma.az
close
up
RU
COP29 Prezidentliyi prosesi qorumağı təşviq edir

COP29 Prezidentliyi prosesi qorumağı təşviq edir

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

COP29 Prezidentliyi Tərəflər Konfransının səmərəliliyini artırmaq və ya gücləndirməkdən daha çox prosesin özünü qorumağı təşviq edir. SİA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev aprelin 26-da Xankəndidə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Simulyasiya Konfransında danışıb.

Onun sözlərinə görə, hazırda xarici çağırışları nəzərə alaraq prosesi və prosesin irsini qorumaq olduqca vacibdir.

Baş danışıqçı COP29-da qarşıya çıxan əsas problem və əldə olunan nailiyyətlərdən də söz açıb. Y.Rəfiyev bildirib ki, maliyyə məsələsinə gəldikdə dünya iki hissəyə - inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə ayrılır:

“Maliyyə bir çox şeylər üçün kritik vasitədir. İqlim danışıqlarında, beynəlxalq iqlim sahəsində, iqlim cəmiyyətində maliyyə olmadan iqlim üçün öz ambisiyalarınıza çata, emissiyaları azalda, dəyişən iqlimə uyğunlaşa və infrastrukturunuzu inkişaf edən reallıqlara uyğunlaşdıra bilməzsiniz. Ona görə də COP29-dan inkişaf etməkdə olan dünya üçün müəyyən bir maliyyə rəqəmini təmin etməsi gözlənilirdi”.

Nazir müavini vurğulayıb ki, COP29-a qədər iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan ölkələrə ayrılan vəsaitin məbləği 100 milyard dollar təşkil edirdi:

“Bu isə 2009-cu ildə Kopenhagendə prosesin sonunda gələn deklarativ bir rəqəm idi. Bakı COP-unda isə biz məbləğin 2035-ci ilədək azı 300 milyard dollara qədər yüksəldilməsi üzrə razılığa gəldik, yəni irəliyə doğru mühüm razılaşmalara nail olundu. Ancaq qeyd edim ki, 300 milyard yalnız dövlət mənbələrindən ayrılmalı olan vəsaitdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Aprel 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see421

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see306

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see298

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see295

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see294

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see293

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see292

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see288

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see286

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see272

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see260

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see256

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see252

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see250

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see250

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see249

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see249

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see248

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see247
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri