Icma.az
close
up
RU
Deputat: Bu gün yüksələn xətlə inkişaf edən Azərbaycan Qazaxıstan əməkdaşlığı zəngin və çoxşaxəli gündəliyə malikdir

Deputat: Bu gün yüksələn xətlə inkişaf edən Azərbaycan Qazaxıstan əməkdaşlığı zəngin və çoxşaxəli gündəliyə malikdir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 oktyabr, AZƏRTAC

Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması istiqamətində atılan addımlar nəticəsində Cənubi Qafqaz regionunda yeni dövr başlayır. Təbii ki, Azərbaycana dost və qardaş ölkələr sülh gündəliyini dəstəkləyir və bölgədə formalaşan yeni əməkdaşlıqda yaxından iştirak edirlər. Bu baxımdan, qardaş Qazaxıstanı xüsusi vurğulamaq lazımdır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

Mircəlil Qasımlı deyib: “Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasındakı çıxışında qeyd etdiyi kimi avqustun 8-də Vaşinqtonda keçirilən Sammit geniş regional kontekstdə - Avrasiya qitəsində tərəqqi üçün böyük perspektivlər açır. Bu xüsusda, regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayan Orta Dəhlizin inkişafı bölgənin gələcək tərəqqisi baxımından xüsusi əhəmiyyətə malikdir. Təbii ki, Azərbaycanın tranzit infrastrukturunda strateji rol oynayacaq Zəngəzur dəhlizinin açılması ilə yük daşımaları daha qısa və sürətli marşrutla həyata keçiriləcək, ticarət xərcləri azalacaq, ötürücülük qabiliyyəti artacaq. Bu da qlobal müstəvidə Orta Dəhlizin rolunun daha da möhkəmlənməsini təmin edəcək”.

Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfəri çərçivəsində “Orta Dəhlizin inkişafı” birgə layihəsinin təqdimatı onun qardaş ölkələrimiz üçün əhəmiyyətini bir daha nümayiş etdirir. Eyni zamanda, ölkələrimiz enerji sektorunda əməkdaşlıq əlaqələrinə malikdirlər. Səfər çərçivəsində bu istiqamətdə gündəlikdə duran məsələlər, o cümlədən Xəzərin dibi ilə elektrik kabelinin tikintisi layihəsi nəzərdən keçirildi.

Azərbaycan ilə Qazaxıstan arasında fəal siyasi dialoqun yalnız iqtisadi sahədə deyil, bütün istiqamətlərdə münasibətlərin inkişafına təkan verdiyini söyləyən deputat bildirib ki, siyasi, humanitar, mədəni əlaqələr də dinamik şəkildə genişlənir. Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası ölkələrimiz, xalqlarımız arasındakı dostluğun əyani təzahürüdür. “Beləliklə, bu gün yüksələn xətlə inkişaf edən Azərbaycan–Qazaxıstan əməkdaşlığı zəngin və çoxşaxəli gündəliyə malikdir. Bu dinamika qardaş ölkələrin qarşılıqlı etimadının, strateji tərəfdaşlığının parlaq göstəricisidir”, - deyə deputat vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Oktyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri