Icma.az
close
up
RU
COP29: Şəhərsalma Günündə irəli sürülən yeni təşəbbüslər ölkələr arasında əməkdaşlığı gücləndirəcək FOTO

COP29: Şəhərsalma Günündə irəli sürülən yeni təşəbbüslər ölkələr arasında əməkdaşlığı gücləndirəcək FOTO

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev COP29 çərçivəsində Bakıda səfərdə olan bir sıra hökumət nümayəndələri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, əvvəlcə Malayziyanın Mənzil təminatı və yerli hökumət naziri Nqa Kor Minq ilə keçirilən məhsuldar görüşdə şəhərsalma, infrastruktur və yerli idarəetmə sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib. Tərəflər qarşılıqlı təcrübə mübadiləsi sayəsində bu sahələrdə daha effektiv iş və şəhərlərin davamlı inkişafı üçün birgə layihələr üzrə yeni imkanları nəzərdən keçiriblər. Anar Quliyev bu əməkdaşlığın Azərbaycan və Malayziyanın urbanizasiya sahəsində daha böyük uğurlarına və hər iki ölkədə həyat keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcəyini qeyd edib.
 

Tacikistan Respublikasının Memarlıq və İnşaat Komitəsinin sədri Nizom Mirzozodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə baş tutan növbəti görüş zamanı tərəflər ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Qonaqlar şəhərlərin müasirləşdirilməsi və transformasiyası ilə yanaşı, ənənələrin qoruması sahəsində Azərbaycanın təcrübəsinə, habelə tarixi irs, müasir həllər və davamlı inkişafın harmoniyasını təmin edən şəhərsalmada innovativ yanaşmalara xüsusi maraq göstəriblər.


Anar Quliyev bu gün Sinqapur Milli İnkişaf Nazirliyinin Yaşana bilən Şəhərlər Mərkəzinin sədri professor Çonq Kun Hinin başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşüb. Görüşdə davamlı və yaşana bilən sağlam şəhərlər yanaşması, ekoloji həllər, qabaqcıl şəhərsalma texnologiyaları və şəhər idarəçiliyinin rəqəmsallaşdırılmasında Sinqapurun böyük təcrübəsinə xüsusi diqqət yetirməklə əməkdaşlıq perspektivləri müzakirə edilib. Sonda tərəflər bir-birini Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna və Sinqapurda təşkil olunacaq Ümumdünya Şəhərlər Sammitinə dəvət ediblər.
COP29-da təşkil olunan Şəhərsalma Günündə iştirak edən hər üç nümayəndə heyəti tədbirin uğurlu təşkili, habelə “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət” təşəbbüsü və Bakı Davamlılıq Koalisiyasının yaradılması münasibətilə səmimi təbriklərini çatdırıb.






Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Noyabr 2024 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri