Icma.az
close
up
RU
COP29 “S&P”nin reytinq tərtibatına yanaşmasını dəyişib

COP29 “S&P”nin reytinq tərtibatına yanaşmasını dəyişib

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatdıqdan sonra “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi reytinq tərtibatına yenilənmiş yanaşma təqdim edib. Dəyişikliklərin məqsədi cari bazar tendensiyalarını nəzərə almaq və təbii fəlakətlərə daha çox həssas olan ölkələr üçün borcun təbiətin mühafizəsi tədbirlərinə dəyişdirilməsi və ödənişlərin ertələnməsi durumu kimi yeni mexanizmlərin qiymətləndirilməsində şəffaflığı təmin etməkdir.

Bu barədə “Report” “S&P”nin hesabatına istinadən xəbər verir. Agentliyin məlumatına görə, bu cür alətlər maliyyə resursları məhdud olan, borc yükü isə ciddi olaraq qalan həssas ölkələr üçün fiskal məkanı azad etməyə kömək edəcək.

“S&P”nin hesabatında inkişaf etməkdə olan bazarlarda, o cümlədən yerli valyutalarda dayanıqlı borcun əhəmiyyətli artımı göstərilir. Bununla belə, aşağı gəlirli ölkələr borc yükünü artırmayacaq iqlim maliyyəsinə çıxışda çətinliklərlə üzləşməyə davam edirlər.

“Borc yükünün hətta kiçik və ya müvəqqəti olaraq yüngülləşdirilməsi həssas dövlətlərə iqtisadi dayanıqlığı yaxşılaşdırmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün daha çox resurs ayırmağa imkan verə bilər”, - analitiklər qeyd edirlər.

COP29-da əldə olunan əsas nəticələrdən biri kollektiv məqsəd üzrə razılaşma - iqlimin maliyyələşdirilməsinə dövlət və özəl mənbələrdən hər il 300 milyard ABŞ dolları məbləğində vəsait ayrılmasına dair anlaşma oldu. Bu, əvvəlki hədəfin üç qatıdır və “S&P” hesab edir ki, bu, funksional qlobal karbon bazarlarının yaradılması istiqamətində mühüm addım olacaq.

Bu məqsədin ciddi önəminə baxmayaraq, agentlik vurğulayır ki, onun həyata keçirilməsi ayrı-ayrı ölkələrin öhdəliyindən və imkanlarından, həmçinin özəl investisiyaların səfərbər edilməsindən və çoxtərəfli kredit təşkilatlarının dəstəyindən asılı olacaq.

Hesabatda inkişaf etməkdə olan ölkələrin iqlim maliyyələşdirilməsinə olan artan ehtiyaclarının ödənilməməsinin uzunmüddətli iqtisadi və sosial riskləri artıra biləcəyini vurğulanır. İqlim təhlükələrinə qeyri-mütənasib şəkildə məruz qalan inkişaf etməkdə olan ölkələr iqtisadi artımı və yoxsulluğun azaldılması aşağı karbon texnologiyalarına əsaslanmadıqca, əsas karbon emissiyaçılarına çevrilmək riski ilə üzləşir. Bu, aşağı karbon texnologiyalarına keçid və davamlılığı yaxşılaşdırmaq üçün onların əhəmiyyətli investisiyalara ehtiyacı olduğunu göstərir. Bu ehtiyacların ödənilməməsi həm yerli, həm də qlobal miqyasda uzunmüddətli iqtisadi və sosial riskləri artıra bilər.

COP29-dan sonra ölkələrin öz Milli Müəyyənləşdirilmiş Töhfələrini (NDCs) və iqlim dəyişikliyinə uyğunlaşma planlarını yenidən nəzərdən keçirəcəkləri gözlənilir. Bu addımlar, xüsusilə fiziki iqlim risklərinə məruz qalan ölkələr üçün, orta və uzunmüddətli hədəflərə yönəldiləcək.

“S&P” hesab edir ki, daha iddialı maliyyə hədəfləri ölkələri daha iddialı planlar hazırlamağa sövq edə bilər ki, bu da iqtisadiyyatın əsas sektorlarına, xüsusən də inkişaf etməkdə olan ölkələrdə əhəmiyyətli təsir göstərəcək.

“S&P” iqlim məqsədlərinin effektiv həyata keçirilməsinə mane olan bir neçə amili fərqləndirir. Bunlara qeyri-kafi institusional dəstək (geosiyasi qeyri-müəyyənliyin qalması və milli strategiyaların dəyişməsinə görə), standartlaşdırılmış qarışıq maliyyə mexanizmlərinin olmaması və özəl kapitalı cəlb etmək üçün risklərin azaldılması alətlərinin olmaması daxildir.

Agentliyin dayanıqlı maliyyə ekspertlərinin fikrincə, bu maneələrin aradan qaldırılması dayanıqlılıq və xalis sıfır emissiya məqsədlərinə nail olmaq yolunda mühüm addım olacaq.

Onlar hesab edirlər ki, COP29 iqlim təşəbbüslərinin təşviqində mühüm mərhələ olub, lakin qarşıya qoyulmuş məqsədlərə nail olmaq ölkələr və özəl sektor arasında əhəmiyyətli səylər və koordinasiya tələb edir. “S&P”nin borc alətlətinin qiymətləndirməsinə yenilənmiş yanaşması davamlı maliyyənin qlobal iqtisadiyyatın əsas faktoruna çevrildiyini təsdiqləyir.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Dekabr 2024 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see267

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see267

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see248

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see243

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see235

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see232

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see231

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see228

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see225

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see209

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see207

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see206

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see205

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see201

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see199

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see190

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see177

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see174

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see171

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri