Icma.az
close
up
RU
COP29: “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” elan olunub YENİLƏNİB 2 VİDEO AZƏRTAC

COP29: “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” elan olunub YENİLƏNİB 2 VİDEO AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də COP29 çərçivəsində keçirilən Turizm Günündə “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü” işini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, görüşdə “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü” müzakirə edilib, 50-dən çox ölkə və 8 qeyri-dövlət aktorunun qoşulduğu “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” digər dövlətlərin də iştirakı üçün elan olunub.

Tədbirin bağlanışında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın xüsusi səyi nəticəsində tarixdə ilk dəfə turizm mövzusunun iqlim danışıqlarının əsas gündəliyində yer almasına diqqət çəkib. O, turizm sektorunun iqlim dəyişikliyindəki rolunun vurğulandığı COP29-un növbəti COP tədbirləri üçün davamlı irs yaratmasına və bəyannaməyə tərəf çıxan ölkələrin sayının artacağına inamını ifadə edib.

BMT Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili çıxışında iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün birgə səylərin vacibliyini, “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi”nin sektor üçün dönüş nöqtəsi kimi Qlazqo Bəyannaməsinə dəstək olduğunu qeyd edib. “Birlikdə turizmin təkcə iqtisadi artım üçün deyil, həm də ətraf mühitin qorunması və qlobal həmrəylik üçün qüvvə olmasını təmin etməliyik”, - deyə o bildirib.

“Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə sektorun milli və qlobal iqlim siyasətlərinə daha yaxşı inteqrasiya edilməsini əsas hədəf kimi müəyyənləşdirir.

Bəyannamə turizm sektorunda iqlim tədbirlərinin sürətləndirilməsinin təxirəsalınmaz zəruriliyini vurğulayaraq, tərəfləri emissiyaları azaltmağa və dayanıqlı turizm təcrübələrini tətbiq etməyə təşviq edir.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatının birgə təşkilatçılığı, BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə keçirilən tədbirdə 30-a yaxın ölkədən turizm nazirləri, turizm üzrə məsul qurumların yüksəksəviyyəli rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Turizm Günü çərçivəsində “Turizm sektorunun iqlim ambisiyasının artırılması - öhdəliklərdən icraya (ölçü və dekarbonizasiya)”, “Turizm sektorunun iqlim ambisiyasının artırılması – öhdəliklərdən icraya (regenerasiya/adaptasiya və maliyyələşmə)”, “Turizmdə təkmilləşdirilmiş iqlim fəaliyyəti: innovativ həllər və irəliyə doğru” mövzularında üç yüksəksəviyyəli dəyirmi masa təşkil ediləcək və müxtəlif tematik təqdimatlar keçiriləcək.

11:20

Noyabrın 20-də COP29 çərçivəsində COP tarixində ilk dəfə olaraq təşkil edilən “Turizm Günü”ndə Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, Dövlət Turizm Agentliyinin və BMT-nin Turizm Təşkilatının birgə təşkilatçılığı, BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə baş tutan tədbirdə 30-a yaxın ölkədən turizm nazirləri, turizm üzrə məsul qurumların yüksəksəviyyəli rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Görüş turizmin milli iqlim strategiyalarına daha səmərəli inteqrasiya edilməsi prosesinə dəstək verməyi hədəfləyir.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizmin iqlim dəyişikliyinin təsirinə məruz qaldığını, lakin qlobal iqlim dəyişikliyi ilə mübarizədə xüsusi rola malik olduğunu bildirib. O, görüşdə təqdim ediləcək Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsinin turizmin milli və qlobal iqlim strategiyalarına, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə inteqrasiyası üçün yol xəritəsi olduğunu bildirərək, dövlətləri və maraqlı tərəfləri bəyannaməyə qoşulmağa çağırıb. F.Nağıyev Azərbaycanın milli səviyyədə turizm sahəsində dayanıqlı təcrübələrin tətbiqində maraqlı olduğunu, dayanıqlı bir dünya üçün qlobal turizm sənayesinin əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

COP29-un Prezidenti Muxtar Babayev çıxışında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tarixində ilk dəfə keçirilən tarixi tematik “Turizm Günü”nün turizmin qlobal iqlim gündəliyinə inteqrasiyası, Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılması istiqamətində mühüm addım olduğunu qeyd edib. “Turizm iqlim fəaliyyətində əhəmiyyətli rol oynamaq potensialına malikdir. Dayanıqlı təcrübələrin tətbiqi və innovativ texnologiyalardan istifadə etməklə turizm dayanıqlılıq, adaptasiya və mitiqasiya üçün bir modelə çevrilə bilər”, - deyə Muxtar Babayev əlavə edib.

BMT Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili qeyd edib ki, turizm ilk dəfə olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Fəaliyyət Proqramına daxil edilib və bu, sektor üçün əsas dönüş nöqtəsidir. Turizmin təkcə iqtisadiyyatın bir parçası olmadığını, eyni zamanda, bir sıra icmalar və xalqlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Zurab Pololikaşvili bu sektorun qlobal ÜDM-in 3,4 faizinə töhfə verdiyini diqqətə çatdırıb. “Bununla belə, biz iqlim böhranı ilə üzləşərkən, turizm də həll yolu olmalıdır. Bakı Bəyannaməsi və Qlazqo Bəyannaməsi kimi təşəbbüsləri qəbul etməklə biz azkarbonlu və dayanıqlı gələcəyə gedən yolları formalaşdırırıq”, - deyə o vurğulayıb.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen çıxışında bildirib ki, onu heyran edən COP29 Sədrliyinin ilk dəfə turizm məsələsini iqlim dəyişikliyi kontekstində qəti şəkildə gündəmə gətirməsi olub: "Bu, çox vacibdir, çünki emissiyalar üzrə hesabatlar bizə göstərir ki, hazırda doğru istiqamətdə irəliləmirik, çünki 2023-cü ildə emissiyalarımız azalmaq əvəzinə 1,3 faiz artıb. Əslində, 2030-cu ilə qədər 1,5 dərəcə Selsi həddində qalmaq istəyiriksə, emissiyalarımızı 41 faiz azaltmalıyıq. İki dərəcə həddinə çatmaq istəyiriksə, - düşünürəm, bunu istəmirik, - o zaman emissiyalarımızı 28 faiz azaltmalıyıq. Bunun üçün beş ilimiz var, lakin bu, tamamilə mümkündür”.

İ.Andersen hesab edir ki, turizm sektorunun iqlim dəyişikliyi kontekstində dayanıqlığı təmin etmək üçün böyük potensialı var.

Tədbirdə turizm sahəsində iqlim fəaliyyətinin təkmilləşdirilməsi üzrə COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə qlobal təşəbbüs kimi daxil edilmiş “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü” müzakirə edilib.

Təşəbbüsün əsas məqsədləri turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə turizmin milli iqlim strategiyaları və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) yenilənməsində rolunun artırılması ilə siyasi yanaşmanın təkmilləşdirilməsini, milli turizm qurumları və təşkilatlarının iqlim fəaliyyətinə daha aktiv formada cəlb olunması ilə iqlim fəaliyyətinin təşviqini, turizmin ətraf mühitə təsirinin dəqiq ölçmə metodlarının tətbiqi ilə həyata keçirilməsi və bununla da elmi əsaslı ölçmələrin aparılmasını, turizmdə səmərəli iqlim təşəbbüsləri üçün qlobal əlaqələndirmə mexanizmlərinin təmin edilməsi ilə tərəfdaşlıqların genişləndirilməsini təmin etməkdir.

Tədbirin yekunu kimi hazırda 50-dən çox ölkənin və 8 qeyri-dövlət aktorunun qoşulduğu “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” digər dövlətlərin də qoşulması üçün elan olunacaq.

Bakıda qəbul edilən “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” “Turizmdə İqlim Fəaliyyəti üzrə Qlazqo Bəyannaməsi”ndən əldə olunan uğurlara söykənərək turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə sektorun milli və qlobal iqlim siyasətlərinə daha yaxşı inteqrasiya edilməsini əsas hədəf kimi müəyyənləşdirir.

Bundan əlavə, “Turizm Günü” çərçivəsində “Turizm Sektorunun İqlim Ambisiyasının Artırılması - öhdəliklərdən icraya (ölçü və dekarbonizasiya)”, “Turizm Sektorunun İqlim Ambisiyasının Artırılması – öhdəliklərdən icraya (regenerasiya/adaptasiya və maliyyələşmə)”, “Turizmdə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti: İnnovativ həllər və irəliyə doğru” mövzularında üç yüksəksəviyyəli dəyirmi masa təşkil ediləcək və müxtəlif tematik təqdimatlar keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see630

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see152

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see152

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see140

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see139

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see138

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see137

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see135

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see132

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see131

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see128

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see126

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see126

Nicatdan da, Rüfətdən də incimişəm Yaşar Nurinin qızı

24 İyul 2025 15:43see123

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see123

14 kiloqram arıqlayan Yeşilçam ulduzu tanınmaz halda

24 İyul 2025 10:59see116

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see116

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see114

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see114

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri