COP29: Türkiyənin susuzluq problemi ilə mübarizə istiqamətində gördüyü işlər açıqlanıb AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 20 noyabr, AZƏRTAC
COP29 çərçivəsində Türkiyənin Dövlət Su İşlərinin (DSİ) baş direktoru Mehmet Akif Balta Türkiyə pavilyonunu ziyarət edib.
AZƏRTAC xəbər verir ki, DSİ-nin baş direktoru pavilyonda Türkiyənin iqlim dəyişikliyi səbəbindən yaranan susuzluq problemləri ilə mübarizə istiqamətində gördükləri işlərlə bağlı məlumat verib.
M.A.Balta qeyd edib ki, Türkiyə su ehtiyatlarının azalması ilə əlaqədar müasir suvarma qurğuları tikir: “Artıq tullantı sularının təkrar istifadəsi mühüm məsələdir. Biz bu suları kənd təsərrüfatı sahələrinə suvarma suyu kimi çatdırırıq.
Növbəti belə layihəni isə Kilis və Konyada keçirməyi planlaşdırırıq”.
DSİ-nin baş direktorunun sözlərinə görə, artıq Türkiyənin 65 əyalətində içməli su probleminin qarşısı alınıb: “Cari il isə içməli su problemi olan 13 əyalət və rayonun problemi həll ediləcək.
Əlavə edim ki, biz hidroelektrik stansiyaları vasitəsilə su elektrik enerjisi istehsal edirik. Bu günə kimi Türkiyədə 757 su elektrik stansiyası tikilib.
Hazırda isə artan quraqlığa qarşı su saxlama sistemi formalaşdırırıq”.
Daha sonra DSİ-nin baş direktoru pavilyon ilə yaxından tanış olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 20 Noyabr 2024 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















