Icma.az
close
up
RU
“AzerGold”da Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib AZƏRTAC

“AzerGold”da Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 yanvar, AZƏRTAC

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ölkəmizdə səfərdə olan Türkiyənin Xarici İşlər Nazirliyinin Qərbi və Mərkəzi Afrika Baş idarəsinin rəisi Şebnem Cenkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, “AzerGold” ilə Türkiyənin dövlət və özəl dağ-mədən şirkətləri arasında Afrika qitəsində birgə əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə təşkil edilən görüşdə Zakir İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Səhmdar Cəmiyyətin strateji planları və dağ-mədən sektorunun inkişafı istiqamətində görülən işlər haqqında danışıb.

“AzerGold” QSC-nin qardaş ölkənin aidiyyəti dövlət qurumları, eləcə də özəl şirkətlərlə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirən İdarə Heyətinin sədri Afrika və Mərkəzi Asiya ölkələrində dağ-mədən layihələrinin icrasının QSC-nin strateji planlarına daxil olduğunu, bu istiqamətdə Keniya, Konqo Respublikası, Niger, Mali, Burkina-Faso, Qvineya-Bisau kimi Afrika ölkələrinin müvafiq qurumları ilə çoxsaylı rəsmi və işgüzar görüşlərin keçirildiyini qeyd edib.

Zakir İbrahimov QSC-nin mineral resurslarla zəngin olan Afrika qitəsində Türkiyə şirkətləri ilə ortaq layihələrin icrasında da maraqlı olduğunu, həm geoloji kəşfiyyat, həm də əlvan və qara metalların hasilatı istiqamətində birgə əməkdaşlığın qurulmasına müsbət yanaşıldığını diqqətə çatdırıb.

Türkiyənin Seneqal, Liberiya, Əlcəzair, Niger və digər ölkələrdə dağ-mədən sahəsi üzrə fəaliyyət göstərdiyini qeyd edən Şebnem Cenk Afrika ölkələrinin potensialı nəzərə alınaraq, bütün sahələrdə yüksələn xətlə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin sözügedən qitədə yeni əməkdaşlıqların qurulması baxımından da faydalı olacağına, bu əməkdaşlıqdan həm Türkiyə və Azərbaycanın, həm də Afrika ölkələrinin iqtisadi fayda əldə edəcəyinə əminliyini ifadə edib.

Görüşün yekunu olaraq, “AzerGold” QSC və Türkiyənin dövlət və özəl şirkətləri arasında Afrika qitəsində ortaq layihələrin həyata keçirilməsi məqsədilə əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi üçün məsləhətləşmələrin aparılması barədə razılıq əldə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri