Icma.az
close
up
RU
COP29 un “yaşıl” iqlim konfransları üçün yeni qlobal meyar müəyyənləşdirən Dayanıqlılıq Hesabatı dərc edilib

COP29 un “yaşıl” iqlim konfransları üçün yeni qlobal meyar müəyyənləşdirən Dayanıqlılıq Hesabatı dərc edilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 30 sentyabr, AZƏRTAC

Bu gün COP29-un Dayanıqlılıq Hesabatı dərc edilib.

AZƏRTAC xəbər verir ki, hesabat COP29-un indiyə kimi təşkil edilmiş ən dayanıqlı qlobal iqlim konfranslarından birinə çevrilməsi üçün görülən ciddi tədbirləri ön plana çıxarır. Azərbaycanın COP29 Sədrliyi dövründə dayanıqlılıq prinsipləri planlaşdırılmadan tutmuş icra və irsin davam etdirilməsinə qədər bütün mərhələlərə inteqrasiya olunub və gələcək ev sahibləri üçün yeni standartlar müəyyən edilib.

Bu təşəbbüsün ana xəttini COP29-un yeddi dayanıqlılıq öhdəliyi təşkil edir:

1. Xalis sıfıra nail olmaq – Tədbir 100% bərpa olunan enerji ilə təmin edilib və qaçılmaz emissiyalar kompensasiya olunub. Bununla da, COP29 tədbiri Azərbaycanda xalis sıfıra nail olan ilk iqlim konfransına çevrilib.

2. Dayanıqlı mobillik – 160 elektrikli nəqliyyat vasitəsi sayəsində aşağı emissiyalı nəqliyyat sistemi tətbiq olunub və 70.000-dən çox nümayəndə üçün rahat və ekoloji cəhətdən təmiz mobillik imkanı yaradılıb.

3. Dövri tullantıların idarə edilməsi – “Sıfırpoliqon” siyasəti həyata keçirilib və tullantıların çeşidlənməsi, təkrar emalı, eləcə də genişmiqyaslı kompostlaşdırılması tətbiq olunub.

4. “Yaşıl” satınalmalar – Bütün strateji təchizatçılar üçün ekosertifikat tələbi qoyulub və qida məhsullarının 95%-i yerli mənbələrdən təmin edilib. Bunun sayəsində isə daşınma ilə bağlı emissiyaların həcmi azaldılıb.

5. İnklüziv və əlçatan COP – Surdotərcümə xidmətləri və maneəsiz infrastruktur da daxil olmaqla, kompleks funksional əlçatanlıq imkanları təmin edilib.

6. “Yerli” potensialın artırılması – 3000-dən çox könüllü, işçi və dövlət nümayəndəsi dayanıqlılıq üzrə təlim keçib və uzunmüddətli bacarıq irsi yaradılıb.

7. Şəffaflıq və irs – COP29 Dayanıqlılıq Hesabatı dərc olunub, bütün nailiyyətlər sənədləşdirilib və gələcək sədr ölkələr üçün nümunəvi yol xəritəsi hazırlanıb.

Həmçinin COP29 tədbirlərin dayanıqlı idarə edilməsi üzrə ISO 20121:2024 sertifikatını əldə edib və hətta bu miqyasda bir tədbirin ən yaxşı beynəlxalq təcrübələrə tam uyğun şəkildə təşkil oluna biləcəyini sübuta yetirib.

“COP29 ilə bağlı məramımız aydın idi: dayanıqlılığı şüardan fəaliyyətə çevirmək,” – deyə COP29 Azərbaycan Əməliyyat Şirkətinin baş icraçı direktoru Nərmin Carçalova bildirib. “Biz tədbir məkanlarının bərpa olunan enerji ilə işləməsindən tutmuş tullantıların poliqona yönləndirilməsinin qarşısının alınmasına və gələcək ev sahibləri üçün nümunəvi yol xəritəsinin yaradılmasına qədər bütün əməliyyatlar çərçivəsində sübut etdik ki, qlobal iqlim konfransları bəyan edilən vədləri həyata keçirmək iqtidarındadır. Bu irs təkcə Azərbaycana deyil, bütün beynəlxalq iqlim ictimaiyyətinə məxsusdur”, - deyə o əlavə edib.

İnnovasiya, inklüzivlik və operativ mükəmməlliyi inteqrasiya etməklə, COP29 qlobal tədbiri dayanıqlı bir şəkildə idarə etməyə müvəffəq olub və bütün dünyada daha güclü iqlim fəaliyyətinə stimul verib.

Sənədləşdirilmiş nailiyyətləri və əldə olunan təcrübənin icmalını ehtiva edən COP29 Dayanıqlılıq Hesabatı rəsmi COP29 veb-saytında dərc olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri