Icma.az
close
up
RU
COP29 un Dayanıqlılıq Hesabatı dərc edilib

COP29 un Dayanıqlılıq Hesabatı dərc edilib

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Bu gün COP29-un Dayanıqlılıq Hesabatı dərc edilib.

Metbuat.az xəbər verir ki, sözügedən hesabat COP29-un indiyə kimi təşkil edilmiş ən dayanıqlı qlobal iqlim konfranslarından birinə çevrilməsi üçün görülən ciddi tədbirləri ön plana çıxarır.

Azərbaycanın COP29 Sədrliyi dövründə dayanıqlılıq prinsipləri planlaşdırılmadan tutmuş icra və irsin davam etdirilməsinə qədər bütün mərhələlərə inteqrasiya olunmuş və gələcək ev sahibləri üçün yeni standartlar müəyyən edilmişdir.

Bu təşəbbüsün ana xəttini COP29-un yeddi dayanıqlılıq öhdəliyi təşkil edir:

1. Xalis sıfıra nail olmaq – Tədbir 100% bərpa olunan enerji ilə təmin edilib və qaçılmaz emissiyalar kompensasiya olunub. Bununla da, COP29 tədbiri Azərbaycanda xalis sıfıra nail olan ilk iqlim konfransına çevrilib.

2. Dayanıqlı mobillik – 160 elektrikli nəqliyyat vasitəsi sayəsində aşağı emissiyalı nəqliyyat sistemi tətbiq olunub və 70,000-dən çox nümayəndə üçün rahat və ekoloji cəhətdən təmiz mobillik imkanı yaradılıb.

3. Dövri tullantıların idarə edilməsi – “Sıfır poliqon” siyasəti həyata keçirilib və tullantıların çeşidlənməsi, təkrar emalı, eləcə də genişmiqyaslı kompostlaşdırılması tətbiq olunub.

4. “Yaşıl” satınalmalar – Bütün strateji təchizatçılar üçün ekosertifikat tələbi qoyulub və qida məhsullarının 95%-i yerli mənbələrdən təmin edilib. Bunun sayəsində isə daşınma ilə bağlı emissiyaların həcmi azaldılıb.

5. İnklüziv və əlçatan COP – Surdotərcümə xidmətləri və maneəsiz infrastruktur da daxil olmaqla, kompleks funksional əlçatanlıq imkanları təmin edilib.

6. “Yerli” potensialın artırılması – 3000-dən çox könüllü, işçi və dövlət nümayəndəsi dayanıqlılıq üzrə təlim keçib və uzunmüddətli bacarıq irsi yaradılıb.

7. Şəffaflıq və irs – COP29 Dayanıqlılıq Hesabatı dərc olunub, bütün nailiyyətlər sənədləşdirilib və gələcək sədr ölkələr üçün nümunəvi yol xəritəsi hazırlanıb.

Həmçinin, COP29 tədbirlərin dayanıqlı idarə edilməsi üzrə ISO 20121:2024 sertifikatını əldə etmiş və hətta bu miqyasda bir tədbirin ən yaxşı beynəlxalq təcrübələrə tam uyğun şəkildə təşkil oluna biləcəyini sübuta yetirmişdir.

“COP29 ilə bağlı məramımız aydın idi: dayanıqlılığı şüardan fəaliyyətə çevirmək,” – deyə COP29 Azərbaycan Əməliyyat Şirkətinin baş icraçı direktoru Nərmin Carçalova bildirib. – “Biz tədbir məkanlarının bərpa olunan enerji ilə işləməsindən tutmuş tullantıların poliqona yönləndirilməsinin qarşısının alınmasına və gələcək ev sahibləri üçün nümunəvi yol xəritəsinin yaradılmasına qədər bütün əməliyyatlar çərçivəsində sübut etdik ki, qlobal iqlim konfransları bəyan edilən vədləri həyata keçirmək iqtidarındadır. Bu irs təkcə Azərbaycana deyil, bütün beynəlxalq iqlim ictimaiyyətinə məxsusdur.”

İnnovasiya, inklüzivlik və operativ mükəmməlliyi inteqrasiya etməklə, COP29 qlobal tədbiri dayanıqlı bir şəkildə idarə etməyə müvəffəq olmuş və bütün dünyada daha güclü iqlim fəaliyyətinə stimul vermişdir.

Sənədləşdirilmiş nailiyyətləri və əldə olunan təcrübənin icmalını ehtiva edən COP29 Dayanıqlılıq Hesabatı rəsmi COP29 vebsaytında dərc olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see337

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see313

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see310

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see276

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see272

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see268

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see257

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see253

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see193

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri