Icma.az
close
up
RU
COP29 zamanı Azərbaycana qarşı törədilən kibertəhdidlər yeni hibrid savaşın bir çox yeni komponentlərinin üzə çıxardı RƏY AZƏRTAC

COP29 zamanı Azərbaycana qarşı törədilən kibertəhdidlər yeni hibrid savaşın bir çox yeni komponentlərinin üzə çıxardı RƏY AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 21 dekabr, AZƏRTAC

Qlobal mərkəzləşmə ssenarilərinin yaratdığı səciyyəvi tendensiyalardan biri də milli, regional və beynəlxalq təhlükəsizliyə qeyri-hərbi çağırışların və təhdidlərin getdikcə daha da intensivləşməsi, bir-birini sürətlə əvəz etməsi, yaxud tamamlamasıdır. Bu təhdidlərin müəyyən hissəsi tamamilə yeni keyfiyyət və komponentlərə malik olduğu üçün bir çox hallarda müstəqil inkişaf yolu seçən, geosiyasi qarşıdurmalarda alətə çevrilmək istəməyən dövlət və cəmiyyətləri ciddi çağırışlar qarşısında qoyur. Amerikalı general və hərbi ekspert Maykl İşervud “Hibrid müharibə üçün hava gücü” adlı monoqrafiyasında hibrid müharibənin sərhədləri və mahiyyəti ilə bağlı önəmli bir məqama diqqət çəkir. Onun qənaətinə görə, hibrid müharibə şərti xarakter daşıyır və beynəlxalq hüquqa, ədalət prinsiplərinə söykənən müharibə ilə qeyri-qanuni müharibə arasındakı fərqi aradan qaldırır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, hibrid təhdidlərin mənşəyi bir qayda olaraq hədəf ölkənin iqtisadiyyatını sarsıtmaq, təzyiq göstərmək, pozucu informasiya və psixoloji əməliyyatlar aparmaq üçün öz imkanlarından istifadə edən dövlət və qeyri-dövlət strukturları hesab olunur. “Hibrid təhdidlərin – qanunsuz və şərti müharibələrin əsas arenası isə şübhəsiz ki, kiberməkan hesab olunur. Ənənəvi geosiyasi nəzəriyyələrin komponentlərindən fərqli olaraq, kiberməkan geosiyasi eksperimentlərin, yeni siyasi texnologiyaların həyata keçirilməsi üçün daha əlverişli imkan yaradır. Artıq ayrı-ayrı ölkələrdə baş verən prosesləri nəzarətdə saxlamaq və öyrənmək üçün casus şəbəkələrinin saxlanılmasına, “vətəndaş cəmiyyəti institutları” adı altında fəaliyyət göstərən nüfuz müvəkkillərinə də böyük ehtiyac qalmır. Bütün eksperimentlər kiberməkanda aparılır və ehtiyac duyulduğu halda eyni sosial çətir altında toplanmış qruplar vasitəsilə real məkanda həyata keçirilir”, - deyə E.Mirzəbəyli əlavə edib.

Milli Məclisin deputatı kiberməkanın unikallığından danışarkən bildirib ki, burada virtual proseslərlə real proseslər iç-içədir, onları bir araya gətirmək, istiqamətləndirmək isə an məsələsidir. “Real və kiber geosiyasi məkanın yeni mexanizmləri şübhəsiz ki, hansısa virtual şüur vasitəsilə idarə olunmur. Onları idarə edən, istiqamətləndirən beyin mərkəzləri və “yumşaq güc” texnologiyasının əvəzedilməz oyunçuları olan, demokratiya, insan hüquq və azadlıqları, mətbuat, söz və fikir azadlığı kimi fundamental dəyərlərin arxasında gizlədilmiş beynəlxalq hüquq-müdafiə təşkilatları, media resurslarıdır. Qlobal güc mərkəzlərinin nəzarətində olan bu təşkilatlar bir qayda olaraq ötürücü funksiyasını yerinə yetirirlər. Yəni, istər real, istərsə də kiber geosiyasi məkanda həyata keçirilməsi nəzərdə tutulan hər hansı bir ssenari üçün zəmin bu təşkilatların və onların nəzarətində olan təsir agenti şəbəkələrinin iştirakı ilə yaradılır”, - deyə o vurğulayıb.

Siyasi ekspertin qənaətinə görə, COP29 ərəfəsində, eləcə də bu mötəbər tədbir zamanı ölkəmizə qarşı “ayaq açan” kibertəhdidlər yeni hibrid savaşın bir çox yeni komponentlərinin gün işığına çıxmasına zəmin yaratdı.” Bu baxımdan Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası tərəfindən hazırlanmış “COP29-a qarşı hibrid hücumlar: Cəmiyyətimiz hibrid təhdidlərin qurbanı olmamalıdır!” adlı hesabatın hibrid təhdidlərin yeni komponentlərinin aşkarlanması və onlara qarşı mübarizənin təşkili baxımından faydalı olacağını düşünürəm”, - deyə deputat qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Dekabr 2024 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see249

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see242

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see237

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see189

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see176

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see168

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see165

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see132

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see125

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see123

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see119

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri