Icma.az
close
up
RU
COP29a qarşı HİBRİD HÜCUMLAR: Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? Yeni Çağ Media

COP29a qarşı HİBRİD HÜCUMLAR: Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? Yeni Çağ Media

Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.

Azərbaycanda cari ilin 11-22 noyabrında keçirilmiş COP29 iqlim dəyişikliyi sammiti ölkəmizin beynəlxalq ekoloji problemlərin həlli istiqamətində qlobal liderlik iddiasının parlaq nümunəsi oldu. Bu cür tədbirlər Azərbaycanın təbiətə dost yanaşmasının və ekoloji problemlərin həllinə verdiyi önəmin bariz göstəricisidir. Lakin bu nailiyyətlər həm də Qərbin bəzi dairələrinin qısqanclıqla qarşıladığı bir reallıqdır. Bu dairələr isə əsasən, Azərbaycanın beynəlxalq nüfuzunu azaltmaq və müsbət imicini zədələmək üçün təzyiq mexanizmlərini daha da gücləndirir.

Son dövrlərdə Azərbaycana qarşı həyata keçirilən hibrid hücumların çərçivəsi genişləndirilmişdir. Bu hücumlar media vasitəsilə çarpıq məlumatları yayan qərəzli kampaniyalardan tutmuş iqtisadi sanksiyaları, siyasi təzyiqlərə və beynəlxalq forumlarda manipulyasiya edilən qərarları özündə birləşdirir. Bəzi beynəlxalq təşkilatların və Qərb dövlətlərinin COP29 kimi çox önəmli bir tədbirin Azərbaycanda keçirilməsinə qarşı apardığı təbliğat kampaniyası bu dairələrin obyektivlik və ədalət prinsiplərindən uzaq olduğunu bir daha göstərir.

Bu təzyiqlərin artmasının əsas səbəblərindən biri Azərbaycanın şəffaf, məqsədyönlü siyasət yürüdərək qlobal işlərlə inteqrasiyasını gücləndirməsidir. Xüsusilə enerji sektorunda Avropanın çox asılı olduğu bəzi mənbələrə alternativ yaratması və Cənub Qaz Dəhlizi vasitəsilə Avropanı enerji təhlükəsizliyi baxımından yeni bir mərhələyə çıxarması bu dairələri narahat edir. COP29 tədbirinin məhz Azərbaycanda keçirilməsi, ölkəmizin bu təşəbbüslərdə liderliyini və beynəlxalq təşkilatlarda artan nüfuzunu təsdiqləyir. Lakin bu həm də bəzi maraq dairələri tərəfindən “təhdid” kimi qiymətləndirilirdi.

Digər tərəfdən, Qərbin ikili standartlarla ölkəmizə qarşı olan davranışı şəffaf şəkildə burada görünür. Bəzi dairələr mütəmadi olaraq insan haqları və demokratiya adı altında Azərbaycana qarşı təzyiqləri artırırlar. Bu yanaşma isə çox vaxt sözdə qalan demokratiya çağırışlarının, əslində, siyasi manipulyasiya aləti olduğunu göstərir. Azərbaycanın dövlət maraqlarını qorumaq istiqamətində qətiyyətlə atdığı addımları qaralamaq üçün yaradılan bu mexanizmlər isə çox vaxt öz məqsədlərinə çata bilmir.

Bununla yanaşı, Azərbaycanın milli maraqlarına qarşı istənilən hücuma qarşı dayanışımız xalqın birliyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin liderliyi altında həyata keçirilən siyasi strategiyalar dövlətin suverenliyini qorumaq və məqsədyönlü islahatları davam etdirmək istiqamətində böyük rol oynayır. Azərbaycanın beynəlxalq arenada tərəfdaşlıqlarını möhkəmləndirmək və müşkül məsələlərə öz konstruktiv yanaşmasını təqdim etmək istiqamətində addımları bu təzyiqlərin qarşısında ölkəmizi daha da gücləndirir.

Sonda vurğulamaq lazımdır ki, Azərbaycan bu təzyiqlərə bənzər çətinlikləri daha öncə dəfələrlə yaşamış və Qərb dairələrinin oyunlarını pozmağı bacarmış bir ölkədir. Bu gün də xalqın birliyi, dövlətin qətiyyəti və liderin prinsipial siyasəti sayəsində Azərbaycana qarşı aparılan hibrid hücumlar uğursuzluqla nəticələnəcək. Bu mübarizə təkcə dövlətimizin deyil, haqq-ədalətin və beynəlxalq hüququn da zəfəridir.

Rafi Müslümov

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 21 Dekabr 2024 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri