Icma.az
close
up
RU

COP29da biomüxtəlifliyin mühafizəsinin uyğunlaşdırılması mövzusunda tədbir keçirilib

Icma.az, Apa.az saytına istinadən bildirir.

Bakı da keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Qlobal Liderlərin Dəyirmi Masa tədbiri: Təbiətlə bağlı müsbət gələcəyə və Paris Sazişinin Məqsədlərinə nail olmaq üçün İqlim Fəaliyyətinin və Biomüxtəlifliyin Mühafizəsinin Uyğunlaşdırılması” mövzusunda sessiya baş tutub.

APA xəbər verir ki, tədbir COP29 Sədrliyi, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) təşkilatçılığı ilə keçirilib.

2030-cu il iqlim, təbiət və dayanıqlı inkişaf hədəflərinə çatmaq üçün bütün cəmiyyəti əhatə edən yanaşma həyata keçirən qlobal dövlət və qeyri-dövlət liderlərindən ibarət paneldə biomüxtəlifliyin dayanıqlılığını gücləndirmək üçün maliyyələşdirmə və investisiyaların artırılması strategiyaları və 30x30 hədəflərinə nail olmaq üçün dövlət-özəl tərəfdaşlıqlarının istifadəsi ətraflı müzakirə edilib.

COP29 Prezidenti Muxtar Babayev tədbirdə açılış nitqi ilə çıxış edərək bildirib ki, innovativ strategiyalar biomüxtəlifliyin qorunması, bərpası və dayanıqlı idarə olunması üçün maliyyə və investisiyaların artırılmasını nəzərdə tutur:

"Dövlət-özəl tərəfdaşlıqları, təbiətə əsaslanan həllər vasitəsilə iddialı 30x30 hədəflərinə çatmaq səylərinin mərkəzində dayanır. Bu hədəflər 2030-cu ilə qədər planetin ən azı 30%-ni və okeanlarını qorumağı, biomüxtəlifliyi təmin etməyi, iqlim dayanıqlılığını artırmağı və gələcək nəsillər üçün dayanıqlı inkişafı təmin etməyi nəzərdə tutur.”

Muxtar Babayev qeyd edib ki, təbiətə əsaslanan həllərə investisiya qoyaraq iqtisadi imkanları açmaq, dayanıqlılığı gücləndirmək və dayanıqlı gələcək üçün təməl yaratmaq mümkündür:

"Hörmətli həmkarlar, əziz dostlar, mən üç əsas məqsədə diqqət yetirməyi təklif edirəm. Birincisi, milli siyasətlərin uyğunlaşdırılmasıdır. 2030-cu il İqlim, Təbiət və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün iqlim, biomüxtəliflik və quru-dəniz təşəbbüslərinin milli siyasətlərlə uyğunlaşdırılması strategiyalarını araşdırmalıyıq. İkincisi, dövlət və özəl sektorlar arasında genişləndirilmiş əməkdaşlıqdır. Birləşmiş hökumət siyasətləri və korporativ liderliyi ilə ekosistemləri qoruya və bərabər nəticələrə nail ola bilərik. Son olaraq təbiətin qorunmasına daha çox maliyyə ayrılmasıdır. Özəl sektor təbiətə müsbət təsir göstərən təchizat zəncirləri və innovativ texnologiyalarla liderlik etməlidir. Effektiv fəaliyyətin miqyasını genişləndirmək üçün şəffaf biomüxtəliflik monitorinqi sistemləri vacibdir.”

Tədbirin davamında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bu COP-un daha çox fəaliyyətə yönələcəyi barədə çox müsbət hiss etdiyini vurğulayıb:

“Bu gün mən planetin həm bioloji baxımdan ən zəngin, həm də ən çox təhlükə altında olan bölgələrindən biri olan Qafqaz regionu haqqında danışmaq istəyirəm. İndi təəccüblü görünə bilər, amma bir vaxtlar burada Asiya aslanı, Xəzər pələngi yaşamışdı, lakin onlar nəsli kəsilmiş növlər sırasına düşdü. 2011-ci ildə təbiətimizi bərpa etmək və qorumaq məqsədi ilə IDEA - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq təşkilatı yaradıldı. O vaxtdan bəri biz milyonlarla ağac əkilməsi, tonlarla tullantıların təmizlənməsi, sərgilərin keçirilməsi, sənədli filmlərin çəkilməsi, ekolaboratoriyalar, təhsil proqramları kimi bir çox layihələr həyata keçirmişik - təkcə Azərbaycanda deyil, həm də bütün dünyada. Son zamanlarda biz “Bir Damcı” adlı bir layihə təşkil etdik. Bu layihə hər bir su damlasının nə qədər vacib olduğunu və onun kiminsə həyatına necə təsir edə biləcəyini göstərmək məqsədi daşıyır. 2012-ci ildə biz Qafqazın Böyük Beşliyi adlanan nəsli kəsilməkdə olan növləri müəyyən etdik: ceyran, Qafqaz bəbiri, qonur ayı, boz canavar və şah qartalı. Ekologiya Nazirliyi ilə birlikdə 10 illik gərgin əmək nəticəsində müsbət nəticələr əldə etdik. Təbiət haqqında danışanda tez-tez uşaqlar və gələcək barədə söhbətlər eşidirəm, amma bu düzgün deyil. Bu, hamımıza, hər birimizə təsir edir. Hər dəqiqədə 190 köpək balığı öldürülür. Hər 15 dəqiqədə bir fil dişləri üçün öldürülür. Hər gün nəhəng balinalar gəmilər üzündən məhv edilir. Buna görə də düşünürəm ki, başa düşməliyik: Bu, planetdəki hər bir insana təsir edir. Təbiətə vurduğumuz ağrını, əslində, öz daxilimizdə hiss edirik".

Mirvari Əzizova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Noyabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri